Digər idman növləri
Fariz Məmmədov: “Dünya çempionu olub boksdan gedəcəm”
“Qəbələ” idman klubunun üzvü, Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov hazırda dünya kəməri uğrunda döyüş üçün Ukraynada hazırlıq keçir. Qol.Az saytına müsahibəsində o, qarşıdan gələn döyüş və digər məsələlərdən danışıb
- Əvvəlcə bilmək istərdik ki, hazırlıqlar necə gedir?
- Artıq beş həftədir ki, Ukraynadayam. Üç həftə fiziki hazırlıq keçdim. Bir həftə bərpa prosesindən sonra boks hazırlığına başlayacam. Təxminən altı həftə də bu cür hazırlaşacam. Fiziki durumumdan çox razıyam.
- Niyə vacib döyüşlərə məhz Ukraynada hazırlaşırsan?
- Boksçular öz aralarında Ukraynaya “boks fabriki” deyirlər. Burda yaxşı bokçular, mütəxəssislər var. Bundan əlavə, Ukraynanın təbiəti hazırlıq üçün əlverişlidir. Hazırlıq keçdiyim şəhərdə bir neçə meşə, göl və çay var. Yəni burda boks üçün hər şərait mövcuddur. Həm də, burda özümüz üçün rəqib seçmək rahatdır.
- Dünya kəməri uğrunda döyüşəcəyin rəqib bəllidir?
- Gəlin, bu haqda indidən danışmayaq. Mən 20 ildən artıqdır ki, boksla məşğulam. Peşəkar boksçu kimi 2001-ci ildən müqavilə bağlamışam. Bu müqaviləni bağlayan gündən dünya kəmərini qazanmaq arzusu ilə yaşayıram. Bildiyiniz kimi, Azərbaycanın ilk peşəkar boksçusuyam. Bu idman növündə heç vaxt dünya çempionumuz olmayıb. Ona görə də ömür boyu bu arzu ilə yaşamışam. İndi bunun bir addımlığındayam. İstəyim, hədəfim budur ki, dünya kəmərini qazanım. Döyüşün vaxtını müəyyənləşdirmək istəyirik. Düzdür, mən may ayında belaruslu idmançıya qalib gələndən sonra artıq dünya kəməri uğrunda vuruşmaq hüququnu qazanmışam. Ancaq nə qədər ki, müqavilə masanın üstündə olmayacaq, dəqiq bir söz deyə bilmərəm. Döyüşün noyabr və ya dekabrda keçiriləcəyi gözlənilir. Mənə meksikalı idmançı Alvarodo Roblesi rəqib seçiblər.
- Döyüşün harda olacağı gözlənilir?
- Mən istəyirəm ki, bu döyüşü Azərbaycanda keçirim. Azərbaycanda ilk dünya çempionu adını qazanan peşəkar boksçu olmaq istəyirəm. Bununla da boksla vidalaşmaq fikrim var. Çünki həqiqətən çox ağırdır Mən nə qədər xarakter göstərsəm də, həyatımda olan müəyyən çətinliklər özünü göstərir. Çox yoruluram, zədələnirəm. İstəyirəm boksda nida qoyum və karyeramı bitirim. Bəli, Fariz Məmmədov Azərbaycanın ilk peşəkar boksçusudur. Ancaq bununla kifayətlənmək fikrim yoxdur. İstəyirəm ki, həm də Fariz Məmmədov Azərbaycanın dünya çempionu olan ilk peşəkar boksçusu olsun. Bundan sonra rinqdəki fəaliyyətimi dayandırıb, ölkəmizdə boksun inkişafına xidmət edəcəm.
- Dünya kəməri uğrunda döyüşün nəticəsindən asılı olmayaraq boksla vidalaşmaq istəyirsən?
- Mən dünya kəmərini qazanacam və boksla vidalaşacam. Sonra şəxsi həyat quracam.İstədiyim hədəfə çatmamış boksdan getməyə haqqım yoxdur. Çünki uzun illərdir ucu-bucağı görünməyən yollar gəlmişəm. Bu yolda tonlarla tər tökmüşəm. Bu əziyyəti birdən-birə yerə vura bilmərəm. Mən həbsdə olanda deyirdim ki, boksa qayıdıb istədiyim nəticəni qazanacam. Bu sözləri deyəndə hər kəs mənə lağ edirdi. Deyirdilər ki, bunu etmək mümkün deyil. Mən isə onlara bildirirdim ki, arada olan bu boşluğa görə uzun illər çəkdiyim əziyyəti heçə çıxara bilmərəm. İndi həmin insanlar deyirlər ki, səndən bu xarakteri gözləmirdik.
- Qeyd etdiyin kimi, çox çətinliklər çəkmisən. Sənin üçün yeddi illik fasilədən sonra boksa qayıtmaq çətindir, yoxa indiki halda dünya kəmərini qazanmaq?
- Həbsdən sonra erməni idmançısına qalib gəlmək daha çətin idi. Menecerim hərdən deyir ki, dünya kəməri uğrunda döyüşdə rəqibin erməni də ola bilər. Mən isə cavabında bildirirəm ki, lap yaxşı olar. Deyir sən nə danışırsan, ikinci dəfə belə risk etmək olmaz. Mən riski sevirəm. Adi çempion olmaq istəmirəm. Mən keçircəyim döyüşü səbirsizliklə gözləməliyəm. Eləcə də hamı həmin döyüşü maraqla izləməlidir. Ajiotajlı bir döyüş olmasını istəyirəm. İdman hər şeydən əlavə bir millətin qürurunu daşıyır. Ona görə də həmin vaxt erməniyə qalib gəlməli idim. Bu, mənim üçün həyatda ən böyük uğurdur.
- Döyüş Azərbaycanda baş tutmasa, harda keçirilə bilər?
- Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri yaxud da Ukraynada ola bilər. Rusiya variantından imtina etdim. Ən böyük istəyim odur ki, döyüş Azərbaycanda olsun. Çünki iki dəfə ölkəmizdə uğursuz çıxış etmək mənim üçün ağırdır. Bu millətin haqqını verməliyəm.
- Sonda "Qəbələ" futbol klubunun son uğurlu çıxışları haqda fikirlərini öyrənək. Komandanın oyunlarına nə dərəcədə diqqət ayıra bilirsən?
- İlk növbədə "Qəbələ" klubunun prezidenti Tale Heydərov və vitse-prezident Fariz Nəcəfovun əməyini qeyd etməliyəm. Bu insanlar Azərbaycanın əsgərləridir. Çünki onlar millətinə ürəklə ximət edir. Dövlətdən heç bir şey ummadan ölkəmizi layiqincə təmsil edirlər. "Qəbələ"nin bütün oyunlarını canlı izləyirəm. Təəssüf ki, Ukraynada olduğum üçün son oyunlara gedə bilmədim. Artıq "Qəbələ" bir tarix yazıb. Bu, tək "Qəbələ"nin yox, bütövlükdə Azərbaycanın uğurudur. Gələcəkdə daha böyük uğurlar olacaq. Bunların hamısı rəhbərliyin xidməti sayəsində olur. Görün, biz hansı ölkələrin komandalarını udduq. "Qəbələ" Futbol Klubu 2005-ci ildən yaransa da, cəmi iki-üç ildir formalaşıb. Yəni biz bu nəticəni çox qısa bir zamanda əldə etmişik. İnanıram ki, arzuolunan nəticələr hələ qabaqdadır. "Qəbələ" hər dəfə meydana çıxanda Allaha dua edirəm ki, bizi utandırmasın. Kimlərsə deyəndə ki, idmanda udmaq da olar, uduzmaq da, mən bildirirəm ki, bu, idman deyil, konkret həyatdır. Uduza da bilərsən söhbətini eşitmək istəmirəm. Məhz qalib gələn həyatda qalır. İdmana da bu cür yanaşmaq lazımdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
-
15:07
"Xankəndi" də legioner transfer etdi
-
15:02
"Qarabağ"dan zədəlilərlə bağlı açıqlama: "Əməliyyat olunacaq"
-
14:48
Üzgüçülük Federasiyası beynəlxalq eksperti əməkdaşlığa cəlb edib
-
14:36
Cüdo millimiz Vətənə iki medalla qayıdıb
-
14:14
AMADA əməkdaşının həmmüəllifi olduğu kitab fəsli nüfuzlu “Springer” elmi nəşrində çap olunub
-
13:51
Hondanın yeni klubu bilindi
-
13:24
Roi Kehat: “Hapoel”in “Sabah”ı keçmək şansı 60 faizdir”
-
13:03
"Gəncə" iki voleybolçu ilə müqavilə bağlayıb
-
12:35
“Sabah”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
-
12:19
Ozobiçin yeni klubu bilindi
-
12:00
“Qarabağ” - “Tvente”: Stadionun kassalarında bilet satışı oyuna 1 saat qalmış dayandırılacaq
-
11:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:28
"Neftçi"nin 90 illiyidir, çempion olmaq istəyirik"
-
11:17
“Qarabağ”la oyun öncəsi “Tvente”də yeni müqavilə
-
10:56
"Roma"dan darmadağın VİDEO
-
10:34
“Sabah” - “Hapoel” oyununa 27 ölkədən bilet alınıb
-
10:21
"Çelsi" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:03
“Traktor” itkisiz irəliləyir
-
09:45
"Latsio"dan səfər qələbəsi VİDEO
-
09:30
“Sabah” üçün ÇL-də həlledici oyun
-
23:39
“Səbail” Boluda son yoxlama oyununu keçirib
-
23:12
"Qarabağ" "Tvente" ilə oyuna hazırlaşır FOTOLENT
-
21:58
Şeydayev oynadı, komandası qalib gəldi
-
21:25
“Şahdağ-Qusar” rəqibini darmadağın etdi
-
20:00
Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
-
19:41
“Karvan-Yevlax” portuqaliyalı futbolçu transfer etdi
-
18:17
Maradonanın DÇ-1986-da əllə qol vurduğu top 3,35 milyon dollara satıldı
-
17:56
Embolo ABŞ klubunda
-
17:33
Sıqankov "Ayaks"a keçir
-
17:04
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb
-
16:49
“Neftçi”nin bombardiri: “Hazırda rəqəmlərə o qədər də önəm vermirəm”
-
16:22
“Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
-
16:00
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
-
15:17
Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
-
15:05
"Sumqayıt"dan ayrılan futbolçu Sloveniya klubunda
-
14:38
Fabinyo “Trabzonspor”da
-
14:21
"Gəncə" 3 basketbolçusu ilə müqavilə müddətini yeniləməyib
-
13:56
Seçim turnirində "Neftçi" qalib olub
-
13:43
Azərbaycan paraüzgüçüləri Avropa çempionatına Gəncədə hazırlaşırlar
-
13:19
Bakıda ilk dəfə "Ironman 70.3" triatlon yarışı keçiriləcək
-
13:00
Breme "Yuventus"a qələbə qazandırdı VİDEO
-
12:34
Millimizin üzvü Macarıstanda növbəti oyuna çıxdı
-
12:12
"Beşiktaş" uduzdu VİDEO
-
11:57
“Neftçi” 300-ə çatdı
-
11:41
"Milan"dan səfər qələbəsi VİDEO
-
11:25
Elvin Bədəlov: “Qələbə seriyamızı Zirədə də davam etdirmək istəyirik”
-
11:08
"Nyukasl" - "Liverpul" matçında 4 qol VİDEO
-
10:56
39-cu qapıçı
-
10:43
"Mançester Siti"dən geridönüş VİDEO
-
10:29
"Neftçi"dən yubiley qələbəsi
25.08.2026
24.08.2026
























