17 Noyabr 2025, Bazar ertəsi
Didye Deşamdan qələbə şərhi
Millimiz Fransaya uduzdu
U-19 millimiz yenə məğlub oldu
“Hücum etməyə çalışacağıq”

Digər idman növləri

“Bakı-2015”: Velosipedçiimiz altıncı oldu (Yenilənib)

Bakı-2015 ilk Avropa Oyunları çərçivəsində şosse velosipedi üzrə yarışlara start verilib. Futbolxeber.az-ın məlumatına görə, iştirakçılar öncə fərdi ötüşmədə (time-trial) mübarizə aparırlar. Bilgəhdə təşkil olunan yürüşlərdə Azərbaycan yığma komandasının 2 üzvü çıxış edir.

Saat 10:00-da qadınların yarışı start götürüb. 25 km məsafəyə yürüş edən 29 velosipedçi arasında Azərbaycanı Yelena Pavluxina təmsil edir. O start xəttinə saat 10:15-də çıxıb. Təmsilçimiz məsafəni 33 dəqiqə 57,45 saniyəyə qət edib. O, bu nəticə ilə yarışı 6-cı pillədə başa vurub.

Saat 13:00-dan etibarən 52 km məsafə qət etməli olan 40 kişi velosipedçi arasında isə ölkəmizin idman şərəfini Elçin Əsədov qoruyub. İdmançımız 12,9 km məsafədəki ara finişdə 20-ci olsa da, yarışı bitirə bilməyib. Belə ki, təmsilçimiz finiş xəttinə çatmayıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30