Digər idman növləri
Fəxriyar Cabbarov: “Şəmkirdə Vüqar Həşimovun adına layiq turnir keçirilir”
ShamkirChess2015 turnirinin təşkilatı komitənin sədri və Synergy Group ASC İdarə Heyəti Sədrinin 1-ci müavini Fəxriyar Cabbarov yarışın rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Shamkir Chess 2015 turniri növbəti dəfə ulduz şahmatçıları Azərbaycana gətirdi. Bu dəfəki yarış ötən ildən necə fərqlənəcək?
- “ShamkirChess 2015”, keçən il olduğu kimi bu il də Synergy Group tərəfindən təşkil olunur. Bu turnir Azərbaycanda intellektual oyunların və şahmatın inkişafına tövhə verdiyi ən mötəbər tədbirlərdəndir. Biz bu dəfə də ötən ilki yüksək səviyyənin təkrar olunmasına əminik. Ötən il ilk dəfə keçirilən superturnir məşhur yarışlarla müqayisə olundu. Fikrimizcə bu dəfə daha maraqlı mübarizə olacaq. Azərbaycanda ilk dəfə şahmat üzrə 3 dünya çempionu eyni turnirdə yarışacaq. Hazırki dünya çempionu Maqnus Karlsen, sabiq çempionlar Vişvanatan Anandla Vladimir Kramnikin mübarizəsi bütün şahmatsevərlərin diqqət mərkəzində olacaq. Son şahmat tacı uğrunda mübarizədə Karlsenlə Anandın görüşü bütün dünyada maraqla qarşılandı. Onların növbəti qarşılaşması məhz Şəmkirdə baş tutdu. Eyni zamanda digər məşhur şahmatçılardan olan maraqlı gözləntilərimizi də unutmaq olmaz. Ümumiyyətlə, 10 günlük turnir sadəcə bir oyun və mübarizə olmayacaq. Aparıcı şahmat ulduzlarının burada iştirakı Azərbaycanı və Şəmkiri dünyanın şahmat mərkəzinə çevirəcək.
- Qeyd etdiyiniz kimi, Şəmkir artıq dünya şahmatının mərkəzlərindən birinə çevrilir. Linares, Veyk-An-Zee kimi ShamkirChess turnirinin davamlı olacağı planlaşdırılırmı?
- Synergy Group öz Korporativ Sosial Məsuliyyət siyəsətinin tərkib hissəsi olaraq ölkədə təhsilin və idmanın inkişafına da böyük dəstək göstərir. Xatırladığınız kimi, ötən il mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2014 şahmat turniri ölkəmizdə, eləcə də Avropada, dünyanın bir sıra ölkələrində böyük maraqla qarşılandı. Dünya mətbuatının bir sıra aparıcı TV, qəzet və saytları bu turnirdən reportajlar hazırladı. Şahmatsevərlər şahmat aləmində yeni nüfuzlu turnirin yarandığını xüsusilə qeyd etdi. Biz istedadlı şahmatçımız Vüqar Həşimovun adına layiqli turnir keçirdik. Əminliklə qeyd edə bilərəm ki, bu il də belə olacaq. Gələcək illər barədə indidən qəti fikir söyləmək çətindir. Hazırda bizim əsas məqsədimi ShamkirChess 2015-i yüksək səviyyədə təşkil etməkdir.
- Bu dəfə 3 dünya çempionu yarışda iştirak edəcək. Təşkilatçılar üçün belə titullu idmançıları qəbul etmək çətin deyil?
- Turnirin iştirakçılarına fikir verin. Şəmkir turnirində zəif şahmatçı yoxdur. Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə ulduz qrossmeysterlər çıxış edir. Bu turnirin səviyyəsindən xəbər verir. Ötən il yarış ilk dəfə keçirilən zaman qonaq şahmatçılar Shamkir Chess-in necə olacağından xəbərsiz idi. Bu dəfə isə müraciət etdiyimiz şahmatçılar böyük məmnuniyyətlə razılıq verdi. Maqnus Karlsen hazırkı dünya çempionudur. Vladimir Kramnik və Vişvanatan Anand sabiq çempionlardır. Fabiano Karuana hazırda şahmat tacına ən iddialı qrossmeyster hesab edilir. Onun partiyaları çox maraqla qarşılanır. Uesli So son dövrlərin ən gənc və böyük ümid bəslənilən şahmatçısıdır. Aniş Giri, Maksim Vaşye-Laqrav özünəməxsus oyun üslubuyla seçilir. Bizim Şəhriyar Məmmədyarov dünyanın aparıcı şahmatçılarından biridir. Rauf Məmmədov isə ölkə çempionatının son qalibi kimi bu yarışda iştirak etmək hüququ qazanıb. Raufun yarışda iştirakı həm də digər yerli şahmatçılar üçün böyük stimuldur. Gələcəkdə də Azərbaycan çempionatının qalibi olacaq şahmatçının Şəmkirə dəvət alacağı planlaşdırılır. Belə titullu şahmatçıları dəvət etmək çətin olmadı. Çünki, artıq Şəmkir turnirinin şahmat aləmində öz çəkisi var.
- Azərbaycanlı şahmatçılar - Şəhriyar Məmmədyarovla Rauf Məmmədovdan hansı nəticəni gözləyirsiniz?
- Biz hər zaman şahmatçılarımıza inanırıq. Məmmədyarovla Məmmədov Azərbaycan yığmasının heyətində iki dəfə Avropa çempionu olub. Bir sıra beynəlxalq turnirlərin qalibidir. Ümid edirəm ki, Şəmkirdə layiqli mübarizə sərgiləyəcək. Rauf Məmmədov üçün bu çox ciddi sınaq olacaq. O, güclü şahmatçılara qarşı yarışacaq. Şəhriyar Məmmədyarova gəldikdə, ötən il onun oyunu alınmadı. İnanıram ki, bu dəfə ötən ilki çıxışının təsadüfi olduğunu sübut edəcək.
- Sizcə qalib yenə Maqnus Karlsen olacaq, yoxsa bu dəfə turnir fərqli nəticəylə yekunlaşacaq?
- Əvvəlcədən nəticə barədə danışmaq çətindir. Son turlarda güzəştsiz mübarizə izləyəcəyik. Şəmkirə gələn şahmatçılar özlərini sübut etmiş qrossmeysterlərdir. Karlsen barədə danışdıqda digər güclü şahmatçıları unutmaq olmaz. Eləcə də Kramnik və Anandı siyahıdan silmək düzgün deyil. Mən İtaliya təmsilçisi Fabiano Karuananı yarışın favoriti hesab edirəm. O, güclü şahmatçıdır. Son dövrlər göstərdiyi nəticələr böyük potensialın sahibi olduğunu təsdiqləyir.
- ShamkirChess turniri ölkənin idman imicinin möhkəmlənməsinə dəstək olur. Synergy Group olaraq idmanla bağlı gələcəkdə daha hansı layihələri həyata keçirəcəksiniz?
- Sirr deyil ki, Azərbaycanda idmanın bütün növləti inkişaf etməkdədir. Synergy Group olaraq biz davamlı gələcəyə doğru hər zaman peşəkar və sistematik addımlar atırıq və cəmiyyətin inkişafına tövhə veririk. İndiyə qədər velosiped idmanı üzrə "Tur de Azərbaycan" beynəlxalq yürüşünü təşkil etmişik. Eyni zamanda "Synergy Baku Cycling Project" adlı komandamıza dəstək oluruq. Ardıcıl ikinci il Şəmkirdə beynəlxalq şahmat turniri keçiririk. Bu işlər davam olacaq. “Davamlı gələcəyə doğru” şuarı ilə biz hər zaman Azərbaycan idmanının inkişafı istiqamətində çalışacayıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Şeydayevin yeni klubu müəyyənləşdi
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
-
21:36
İmad Faraj “Neftçi”dən getdi
-
21:28
"Turan Tovuz" mövsümə qələbə ilə başladı
-
20:09
Yeni mövsümün ilk qolu vuruldu
-
18:42
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
-
18:00
Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb
-
17:37
“Qarabağ”ın oyununun biletləri satışa çıxdı
-
17:15
"Araz-Naxçıvan" daha iki futbolçu ilə müqavilə imzalayıb
-
16:48
“Rapid” - “Harts” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
16:06
Əliyar Ağayev Mahir Emrelinin komandasının oyununa təyinat alıb
-
15:23
“Qarabağ”ın “Tvente” ilə oyunlarının hakimləri açıqlandı
-
14:51
Murad Məmmədov “Pafos"da ilk qolunu şərh etdi
-
14:39
Azərbaycan gimnastı Fidan Qurbanlı dünya çempionatında çıxış edib
-
14:14
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub
-
14:00
“Fənərbaxça” braziliyalı legionerlə yollarını ayırdı
-
13:42
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
-
13:27
Milli üzvü "Neftçi"yə qayıtdı
-
12:55
Musa Qurbanlı: “Zamanla daha yaxşı olacaq”
-
12:38
"Gəncə" sabiq üzvü ilə güclənib
-
12:16
Markeviç: “Qarabağ”ın legionerlərinin fərdi ustalığı daha yüksək oldu”
-
11:41
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
-
11:23
Üç boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
-
11:09
"Murov Az Terminal" daha bir voleybolçu ilə anlaşıb
-
10:54
UEFA reytinqi: Azərbaycanın əmsalını artdı
-
10:32
Zamiq Əliyevin komandası Avroliqanın pley-offunda
-
10:17
Tahir Gözel: “İki yeni futbolçuya ehtiyacımız var”
-
10:00
“Qarabağ”ın “Yıxılmadım, ayaqdayam” mesajı...
-
23:59
Murad Məmmədov “Pafos”da qol hesabını açdı: “Zalsburq”u məyus etdi
-
23:45
“Tvente” “Qarabağ”a rəqib oldu
-
23:32
Emreli oynadı, komandası mərhələ adladı
-
23:16
“Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik”
-
22:58
Qurban Qurbanov: “Vacib qələbə qazandıq”
-
22:27
“Dinamo”nun baş məşqçisi: “Qarabağ” bütün imkanlardan maksimum yararlandı”
-
22:01
“Qarabağ” pley-offa yüksəldi
-
19:41
Ronaldo daha 2 il “Sumqayıt”da
-
18:13
"Kəpəz"də yeni müqavilə
-
18:00
Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək
-
17:34
“Sumqayıt” - “Neftçi” matçının biletləri sabah satılacaq
-
17:22
Azərbaycan paracüdoçuları Avropa çempionatında iştirak edəcəklər
-
16:49
“Qarabağ” - “Dinamo" oyunundan öncə fan-zona təşkil ediləcək
-
16:15
İspaniya Superkubokunun oyunları İstanbulda keçiriləcək
-
15:51
Çexiya millisinin sabiq kapitanı Azərbaycan klubunda
-
15:26
Azərbaycanın velosiped milliləri Gədəbəydə təlim-məşq toplanışına başlayıblar
-
15:07
"Şəfa" daha bir legioner transfer etdi
-
14:48
"Araz-Naxçıvan" onu geri qaytardı
-
14:33
“Qarabağ”ın matçı ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdiriləcək
-
13:14
“Neftçi” heyətini amerikalı ilə gücləndirib
-
12:59
"Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
-
12:42
Azərbaycan Premyer Liqası: ilk turun hakim təyinatları açıqlandı
-
12:25
Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub
-
12:00
Yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub
14.08.2026
13.08.2026
























