Digər idman növləri
Elnur Məmmədovdan sərt cavab: “Biz şəxsi prinsip yox, ölkəmizin adının dünyada ucalmasına xidmət edirik”
"Best of the Best" promoşn qrupunun prezidenti, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov jurnalistlərə müsahibəsində Azərbaycanda keçiriləcək növbəti layihə haqda danışıb. Onun sözlərinə görə payız aylarına təsadüf edəcək növbəti layihə əvvəlindən daha möhtəşəm olacaq. Bu dəfə əfsanəvi Badr Hari turnirin iştirakçıları sırasında olacaq: "Bu dəfə də dünyanın ən məşhur idmançıları Bakıya gələcək. Artıq payız aylarına təsadüf edəcək turnir K-1-in təqviminə daxil edilib. K-1 həvəskarları Bakıda əfsanəvi Badr Harinin döyüşünü canlı izləmək imkanı qazanacaq. Bir neçə gün əvvəl Dubayda olmuşam. Orada Badr Hari 2 dəqiqə ərzində nokautla inamlı qələbə qazandı. O, Piter Qrehem və Stefan Lekonu məğlub etdi. Dubayda olduğum zaman onunla danışıqlarımız oldu. Azərbaycana səfərini yada salan Badr Hari qonaqpərvərliyimizə görə növbəti dəfə bizə təşəkkür etdi. Təklifimiz zamanı, o böyük sevgiylə Azərbaycan döyüşə çıxacağını dedi. Onun rəqibi hələlik məlum deyil. Bir neçə namizəd var. Onlar arasından seçim olacaq. Gecənin super döyüşü dünyanın əksər televiziya kanallarında canlı yayımlanacaq. Ötən yarışda olduğu kimi bu dəfə də yüksək işıq və səs effektləri olacaq. Badr Hari özü də döyüşünün Bakıda keçirilməsini istəyir. Bu söhbət zamanı dəfələrlə deyib. Bizim bütün layihələrimizdə əsas məqsəd Azərbaycanı təbliğ etməkdir. Eyni zamanda idmançılarımız 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını təbliğ edir. Fevralda baş tutan K-1 World Max turnirində də döyüşçülərimizin köynəyində Bakı-2015 yazılmışdı. Canlı yayımda rinq üzərində olan Bakı 2015 loqosu bütün dünyada göstərildi."
Elnur Məmmədov mətbuatda K-1-in iflasa uğramasıyla bağlı yayılan məlumatları təkzib edərək yazılanların həqiqətə uyğun olmadığını söylədi: "K-1-in iflasa uğraması absurd fikirdir. 2011-ci ildən K-1-in sahibi dəyişib. Yeni investor olan koreyalılar bu brendi 11 milyon dollara aldı. İndi onlar böyük yatırımlarla möhtəşəm layihələr keçirir. Los-Anjeles, Tokio və Zaqrebdə Qran-Prilər oldu. Ötən il K-1-in finalında Mirko Krkop çempion oldu. K-1 brendinin sahibi Mayk Kim ona 1 milyon dollar həcmində pul mükafatı tədqim etdi. Belə olan halda iflasdan söhbət gedə bilməz. Belə danışanlar məlumatsız insanların fikirləridir. K-1 ilin əvvəlində Çində məşhur tailandlı döyüşçü Buakav Bençamekin iştirakıyla turnir keçirdi. Sonra İspaniyada möhtəşəm döyüş oldu. Hazırda məqsəd bütün investisiyanı Çinə yatırmaqdır.Çünki, K-1 Asiya döyüş növlərini birləşdirir. Asiya marketinqi önəmlidir. Bu idman növünün əsası Yaponiyada qoyulduğundan Asiya çox vacibdir. K-1 Azərbaycanda heç kimlə danışıq aparmayıb, heç kimə əməkdaşlıq təklif etməyib. K-1 brendi bu idman növündə ali qurum olmaqla həvəskar federasiya ilə danışıq apara bilməzdi. K-1 həvəskar federasiya səviyyəsində layihələr etmir. Biz də möhtəşəm layihə zamanı Gənclər və İdman Nazirliyi tərəfindən dəstək aldıq. Ölkədə idman siyasətini icra edən qurum bizə kömək oldu. Böyük layihəni ölkəmizə gətirmişik, təəssüf ki, uğurumuza sevinməyən, qərəzli danışan insanlar var."
K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olan Elnur Məmmədov fevralda Bakıda baş tutan World Max turnirinin finalı barədə məlumat verdi: "K-1 rəsmiləriylə tanışlığım uzun müddətdir. Azərbaycana gəlmək onların planında yox idi. Promoşn qrupunun rəhbəri kimi bu danışıqları aparmaqda məqsəd ölkəmizi dünyada təbliğ etmək olub. Azərbaycanda bütün idman növləri inkişaf edir. Niyə biz K-1 kimi nüfuzlu təşkilatda olmayaq. Bakıdakı yarışı 140 kanal yayımladı.K-1 rəsmiləri bizi ölkəmizi təbliğ etmək istəyən gənclər kimi tanıyır. Ona görə bizə Azərbaycan və yaxın Şərq üzrə nümayəndə kimi vəzifə verilib. Qeyd etmək istəyirəm ki, Bakıda təşkil edilən möhtəşəm finalın xərclərini K-1 üzərinə götürüb. Yatırımları onlar edib. Best of the Best promoşn qrupu K-1-in nümayəndəliyi kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və tam qanunauyğun fəaliyyət göstərir. Bu gün əsas məqsəd Avropa Oyunlarına olan hazırlığı bütün dünyaya çatdırmaqdır. Biz bilirik ki, ilk dəfə keçirilən Avropa Oyunları yüksək səviyyədə təşkil ediləcək. Həmin oyunların təbliğatını aparmaq çox vacibdir. Sadəcə google axtarış şəbəkəsində "K-1 World Max Final Four Azerbaijan" yazın görünki dünya mətbuatında bütün xəbər saytları möhtəşəm layihədən yazıb. Bizim yarışlara qarşı çıxmaq Azərbaycanın dünyada yüksək səviyyədə təbliğini, peşəkar idman imicinin yüksəlməsini istəməmək deməkdir. K-1 ilə əməkdaşlıq etmək üçün peşəkarlıq tələb olunur. Biz bunun öhdəsindən layiqincə gəlirik. 138 ölkəyə canlı yayımın olması üçün K-1-in səviyyəsində döyüşçülər olmalıdı. Bakıdakı yarışda da Buakav Bençamek, Sedrik Manhuf, alman döyüş Enriko Kehl kimi ulduz idmançılar iştirak etdi. K-1 kikboksinq deyil, bu dünyada tanınan brend olaraq qalır. Bizim 4 idmançımız K-1 ilə rəsmi müqavilə imzalayıb. Bu ölkə idmanı adına böyük uğurdur. Biz şəxsi prinsip yox, ölkəmizin adının dünyada ucalmasına xidmət edirik."
Elnur Məmmədov yaxın aylarda Badr Harinin Bakıya səfərinin gözlənildiyini dedi. Məhz həmin vaxt onunla müqavilə imzalanacaq və rəqibi müəyyənləşəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
09:00
“Turan Tovuz” və “Zirə”nin səfər sınağı
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
-
21:47
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
-
20:58
"Neftçi” qələbəni əldən verdi
-
20:32
PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə
-
19:45
Nəriman oynamadı, komandası qalib gəldi
-
18:23
Azərbaycan kuboku: II təsnifat mərhələsinin oyun cədvəlini açıqlandı
-
15:59
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
-
15:34
Samir Ələkbərov istefaya göndərildi
-
14:11
Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”
-
13:47
Mbappe 500-ə çatdı
-
12:20
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
-
11:58
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub FOTOLENT
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
18.10.2026
17.10.2026
16.10.2026
























