14 Iyul 2026, Çərşənbə axşamı
DÇ-2026-da yarımfinal cütləri
Qadın güləşçimizdən tarixi uğur
DÇ-2026: İspaniya yarımfinalda
"Neftçi"dən böyük hesablı qələbə

Digər idman növləri

Avropa Oyunları üçün yeni stadion

"İdmançılar üçün lazımi infrastrukturun yaradılması qarşımıza qoyduğumuz əsas məqsədlərdəndir”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.

Federasiya rəsmisi Azərbaycanda minlərlə gəncin velosiped idmanı ilə aktiv şəkildə məşğul olduğunu xüsusi vurğulayıb. O bildirib ki, hazırda əsaslı şəkildə təmir edilən Respublika velotreki bu il velosipedsevərlərin istifadəsinə veriləcək. Ötən il tikilən velopark isə bu gün tam gücü ilə fəaliyyət göstərir və burada velosiped həvəskarları istədikləri vaxt öz sevimli idman növü ilə məşğul ola bilərlər.
 
Gələn il Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları – Baku-2015-ə hazırlıq prosesi çərçivəsində Velopark ərazisində BMX stadionu da tikilməkdədir: “Bu Oyunların ölkəmizdə velosiped idmanının BMX növünün də inkişafına böyük kömək olacağına əminik”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31