13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Digər idman növləri

Millimiz Belarusda: 3 oyunda 1 qələbə

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Belarusun Mozır şəhərində təlim-məşq toplanışı təşkil olunub. Futbolxeber.az-ın məlumatına görə, toplanış çərçivəsində millimiz 3 yoldaşlıq oyunu keçirib. Belarus yığmasına qarşı keçirilmiş ilk oyun 5:2 hesabı ilə yerli komandanın xeyrinə yekunlaşıb. Millimizin qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurub. Bu komandalar arasında növbəti qarşılaşma isə heç-heçə yekunlaşıb - 3:3. Belarus yığmasının qapısından topları Zeynal Zeynalov, Amid Nəzərov və Sabir Allahquliyev keçirib. Millimizin toplanışda son rəqibi Belarusun ARZ komandası olub. Komandamız Sabir Allahquliyev, Asif Zeynalov, Zeynal Zeynalov və Hikmət Bağırovun vurduğu qollar sayəsində bu oyunda 4:2 hesabı ilə qələbə qazanıb.


affa.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31