Digər idman növləri
Qardaşı açıqladı: Faiq Qarayev niyə evlənməyib? - MÜSAHİBƏ
Azərbaycanın qadınlardan ibarət voleybol milli komandasının baş məşqçisi Faiq Qarayev təkcə ölkəmizdə deyil, dünya voleybolunda da tanınan simalardandır. Onun baş məşqçi kimi nailiyyətlərini sadalamaqla bitməz. Amma özü barədə danışmağa elə də meylli deyil. Hərçənd daxili aləmi də oxucular üçün maraqlı olardı. Bu işdə bizə onun kiçik qardaşı, keçmiş futbolçu, futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi və hazırda Azərbaycan Tələbə Futbol Federasiyasına rəhbərlik edən Fazil Qarayev yardımçı oldu.
Fazil müəllim Ailem.az-ın “İdmançı ailəsi” rubrikasına müsahibəsində qardaşı Faiq Qarayevlə bağlı xeyli maraqlı söhbət etdi.
- Sizdən əvvəl yaxınlarınız arasında idmançılar olub?
- Bu yaxınlarda rəhmətə gedən atam da, ana babam da idmanı çox seviblər. Böyük dayım Böyükağa Cəfərov atıcılıqla məşğul olub. Səhv etmirəmsə, idman ustalığına namizəddir. Digər dayım da futbol oynayıb. Salman və Nəriman əmilərim voleybolçu olublar. Yəni onlar idmanı daim seviblər. SSRİ dövründə yaşadığımız məhəllədə xeyli uşaq idmanla məşğul olurdu. İstər doğulduğumuz Çəmbərəkənddə, istərsə də sonradan köçdüyümüz 8-ci km qəsəbəsində bunu müşahidə etmək çətin deyildi.
- Ailədə neçə nəfər idiniz?
- Faiq Qarayevlə məndən başqa bir bacımız da var idi. Faiq voleybola, mən isə futbola gedirdim. Amma qardaşım məhəlləmizdə parlaq voleybolçu kimi qısa müddətdə üzə çıxdı. O, artıq 7-ci sinifdə Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının kapitanı, 10-cu sinifdə isə Avropa çempionu idi. Amma 1980-ci il Moskva Yay Olimpiya Oyunları üçün açıqlanan heyətə salınmadığı üçün xeyli pərişan oldu və idmandan bir qədər soyudu. Bununla belə, 25 yaşında ikən baş məşqçi təyin olundu və qısa müddətdə uğurlar qazanmağa başladı. O, 2 il ərzində rəhbərlik etdiyi BMKZ klubunu SSRİ çempionatının güclülər dəstəsinə çıxardı. Artıq 30 yaşında ikən qardaşım SSRİ yığmasına məşqçi təyin olundu. Bütün bu nailiyyətləri təkcə mənim yox, məhəlləmizdə yaşayanların idmana sevməsinə təkan verdi.
- Faiq Qarayev barədə yenə danışarıq. Bəs sizin futboldakı karyeranız necə alındı?
- 32 yaşımadək futbol oynadım. Karyeramın böyük hissəsini “Neftçi-2”də keçirdim, qısa müddət ərzində isə “Araz”da çıxış etdim. 1994-cü ildən isə futbolda təşkilati işlərdə çalışmağa başladım. Yəni öz komandamın olmasını istədim. Həmin il mən “Neftçi veteranları” futbol klubunun prezidenti oldum. O vaxtlar Azərbaycanda futzal yenicə dirçəlməyə başlayırdı. Mən, Habil Qurbanov və digərləri ilə birgə bu növ üzrə yarışların təşkilatçısı oldum. Əvvəlcə komitə yaratdıq, sonra isə yığma komandanı formalaşdırdıq. Bu komandada Əbdülqəni Nurməmmədov bir ilədək baş məşqçi kimi çalışdı. Sonra isə özüm uzun müddət işlədim. Elə bir dövr oldu ki, Faiq Qarayev voleybolçu qadınlardan ibarət, mən isə futzal üzrə millinin baş məşqçisi idim. Amma 1998-ci ildə yarışa yollanmağa hazırlaşarkən, AFFA rəhbərliyindən mənə getməyəcəyimi dedilər.
- Hansı səbəbi göstərdilər?
- Məni itaətsizlikdə təqsirləndirdilər. Guya hansısa tədbirlərə, AFFA prezidentinin qəbuluna çağırdıqları halda, getməmişəm. Getməsəm də, Belçikada yığmamızın uğurlu çıxışına sevindim. Bir ildən sonra yenidən baş məşqçi oldum və Bakı Futbol Federasiyasının prezidenti seçildim. Lakin 2003-cü ilin əvvəllərində futboldan tam kənarlaşdım.
- Niyə?
- Məni kimlərəsə bağladılar. Mən də nə özümə, nə ailəmə, nə də karyerama xələl gəlməsini istəyirdim. O zamanlar elə bir dövr idi ki, bizi futbolu bilməyənlər kimi qələmə verirdilər. Halbuki, mən AFFA İcraiyyə Komitəsinin üzvü idim. Bununla belə, futbol sahəsindən kənarlaşdım və 10 ildən sonra qayıtdım. Ötən ilin oktyabrında Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti seçildim. Bu vəzifə mənim üçün maraqlıdır. İllərin təcrübəsi yığılıb, təşkilatçılıqda problem görmürəm. Arzu edirəm ki, tələbələrdən ibarət yığmamız beynəlxalq yarışlarda uğurla çıxış etsin.
- Faiq Qarayevin voleybolu seçməyində əmisinin rolu olub?
- Xeyr. Əslində o, futbola getsəydi, çox yaxşı futbolçu ola bilərdi. Tennisi seçsəydi, ondan güclü tennisçi çıxardı. Bu adamda bir idmançı vergisi var idi. Həm də boyu, koordinasiyası, bədəninin idmançı quruluşu, beyni, ağlı istənilən növdə uğur qazanmasına imkan verirdi. Həyətimizdə heç kim onun kimi futbol oynaya bilmirdi. Faiq indiki Bədən Tərbiyəsi və İdman Akademiyasında oxuyurdu. Ali məktəb komandaları həyətimizə futbol oynamağa gəlirdilər. Hamı qardaşımın oyununa heyran qalırdı. Bəlkə də peşəkar futbolçudan artıq çıxış edirdi. Voleybolu isə məktəbimizin voleybol təmayüllü olması səbəbindən seçdi. Məktəbdə bizim idman müəllimi vardı – Yuri Qladkov. O, həm məktəbdə idman müəllimi işləyirdi, həm də peşəkar məşqçi kimi gənc voleybolçularla çalışırdı. Faiqi oyun zamanı görmüşdü və rəhmətlik voleybol mütəxəssisi Şamil Şamxalova təqdim etmişdi. Onlar qardaşımın parlaq voleybolçu olacağını atama söyləmişdilər. Atam isə bizə idmana getməyə icazə vermirdi. Elə olurdu ki, qardaşımın məşqə qaçmasına kömək edirdim. Valideynlərimiz təhsilə önəm verməyimizi istəyirdilər. Biz də dərslərimizi gecə-gündüz oxuyaraq, “5” alırdıq. İdmana getsək də, dərs oxumamağımız qeyri-mümkün idi. Amma voleybola getdikdən sonra qardaşıma dərslərindən icazə verirdilər.
- Siz uzun müddət futboldan ayrı qaldığınız kimi Faiq Qarayev də Azərbaycanda yox, Türkiyədə çalışıb. Onun ölkəmizi tərk etməsinə səbəb nə oldu?
- 1990-cı illərin əvvəllərində Azərbaycanda nəinki voleybolun inkişafı, hətta çörək tapmağın özü problemə çevrilmişdi. Bunların hamısı gözlərimiz önündə olub. “Dostluq” kinoteatrının yanında qadınlar gecə vaxtı ağaclar arasında çörək satırdılar. O vaxtlar ölkəmizdə voleybola diqqət xeyli azalmışdı. Buna görə də qardaşım Türkiyəyə yollanaraq, müxtəlif komandalarda çalışmağa başladı. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycandan kənarda olan idmançıları və məşqçiləri ölkəmizə dəvət etməyə başladılar. Faiq Qarayev də Türkiyədəki işini sona çatdırdıqdan sonra 2000-ci ildə Bakıya qayıtdı.
- Qardaşınız niyə məhz qadınlarla işləməyə üstünlük verdi?
- Yəqin ki, perspektivi qadın voleybolunda gördü. Özü OİK komandasında oynamışdı. Həmin komandada SSRİ-nin müxtəlif respublikalarından əsgərlik çəkməyə gələnlər çıxış edirdi. Yerli voleybolçu isə yetişmirdi. Bu vaxt o, qızlar komandasını da görmüşdü. Nəticədə Faiq müəllim zərif cinsin nümayəndələri ilə işləməyin daha effektli olacağı qənaətinə gəldi. Məncə, seçimində yanılmadı. Onun rəhbərliyi altında ölkəmiz xeyli nailiyyətlərə imza atdı. Əslində voleybolu bilən adam üçün kişi və ya qadınlarla işləməyin fərqi yoxdur. Amma qardaşım potensialı qadın voleybolunda gördü.
- Bəlkə kənardan belə görünür: Qardaşınız qapalı insan təsiri bağışlayır...
- Hamının baxışı ilə mənimki fərqlidir. Çünki onun doğma qardaşıyam. Faiq çox ailəcanlı, çox həssas insandır. O, bir adamı da diqqətsiz buraxmaz. Azərbaycan Voleybol Federasiyasında fəhləsindən tutmuş mühafizəçisinədək hamıya yaxşılıq etmək, əl tutmaq istəyir. Belə insana qapalı demək olmaz. Əksinə, o, həddən artıq açıq insandır. Hamını çox istəyir, o cümlədən, oğlumu və qızımı da...
- Bəs özü ailəlidir?
- Xeyr.
- İndiyədək ailə qurmamasına səbəb nədir?
- Yəqin ki, bu, işi ilə bağlıdır. Həyatını voleybola o qədər qoydu ki, şəxsi həyatını arxa planda gördü. Səbəblərdən biri də yəqin ki, anamın çox erkən – 46 yaşında rəhmətə getməsi oldu. Anam sağ olsaydı, bəlkə də onu evləndirərdi. Ona anamdan başqa bu barədə kim söz deyərdi ki... Həm də şəxsi həyata da qarışmaq olmur. Əlbəttə, mən də bir neçə dəfə arzumu bildirmişəm ki, evlənsəydin, “Gülüstan”da toy olardı, mərasimə nüfuzlu şəxslər də gələrdi. Dostları da zarafatca “gəl, səni evləndirək” deyirdilər. Özü isə söhbətdən elə qaçırdı ki, əlavə heç nə demək olmurdu. Kimsə “evlən” deyəndə, cavabı “tələsmə, bu yaxınlarda sənə mütləq dəvətnamə göndərəcəyəm” olurdu. Amma hazırda 52 yaşı var, hələ də dəvətnamə “göndərir”. Yəni nə “yox”, nə də “hə” deyir. Əlbəttə, evlənsəydi, yaxşı olardı. Mən də əmi olardım, bir dənə də gəlinimiz olardı, ailəmiz böyüyərdi. Bununla belə, Faiq müəllim bizim ailəni də özününkü sayır, heç bir fərq görmür.
- Sizdən sonrakı nəsillərdən idmançı kimi yolunuzu davam etdirəni var?
- Oğlum yaxşı futbol oynayırdı. Amma gözləri anadangəlmə zəif olduğundan, futboldan getdi və təhsilə önəm verdi, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdi. Qızım isə Azərbaycan Dillər Universitetini başa vurub. Bacımın övladları da idman sahəsində deyil.
- Uzun müddət futboldan kənarda qaldıqdan sonra bu sahəyə qayıdışınızda Faiq Qarayevin rolu nə qədər oldu?
- Mən həmişə qardaşımla məsləhətləşmişəm. Futbola qayıdanda da onun tövsiyələrini dinlədim. Faiq müəllim bu gün də mənə dəstəkdir. Hələlik məsləhətdən başqa köməyə ehtiyacım yoxdur. Hər şey yaxşıdır. Daxilən arxayınam ki, mənə bir şey olsa, o, yanımdadır. Bu da mənə böyük qüvvə verir, rahat işləyirəm. Qaldı ki, mən Faiq Qarayevin nailiyyətlərini qazana bilmərəm. Təkcə mən yox, kollektiv idman növlərində heç kim bunları əldə etməyib. Allah elə eləsin ki, qısa müddətdə qazansınlar. Amma 2 dəfə dünya çempionatının final mərhələsində çıxış etmək, bu il yenidən vəsiqə qazanmaq, Avropa Voleybol Konfederasiyasının Top Komanda Kubokunu əldə etmək, Çempionlar Liqasının “4-lər finalı”nadək irəliləmək, dünya voleyboluna güclü idmançılar vermək, planetin 6 ən yaxşı voleybol məşqçisi sırasına düşmək, Azərbaycan çempionatı keçirilmədiyi halda yığma ilə böyük nailiyyətlərə imza atmaq hər mütəxəssisə qismət olmur.
- Bəs özünüz hansı hədəflərə çatmağı arzulardınız?
- Əlbəttə, mən də futbolda müəyyən nailiyyətlərin olmasını istərdim. Bu yolda doğrudan da böyük işlər görülməkdədir. Amma ailə üzvümüzün nailiyyəti hamımızın uğurudur. Mən isə bütün balaca qardaşlara Faiq kimi böyük qardaş arzulayıram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- “Səbail” kapitanı ilə yollarını ayırır
- Berdıyevdən mini master-klass
- “Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı qələbə
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- Futzal millimizdə yeni məşqçi təyinatı
- “Səbail” Adil Şükürovla yola davam edir
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Qurbanov məğlubiyyəti şərh etdi
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- Ceykob Merfi: “Qarabağ”a qarşı oyunumuz mövsümdəki ən yaxşı matçımız idi”
- Elvin Cəfərquliyev: “Daha sadə oynasaydıq, bəzi qolları buraxmazdıq”
- Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
-
11:54
“Qarabağ” iki legioneri milliyə dəvət aldı
-
11:39
“Turan Tovuz” “Qəbələ”yə qarşı
-
11:23
"Mançester Yunayted" qələbəni əldən verdi VİDEO
-
11:01
Cenk Sümer: “Qara qış keçirdik, önümüzdə artıq bahardır”
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Hidayət Heydərov mübarizəyə başlayır
-
09:52
Dadaşovun komandası lideri məğlub etdi
-
09:37
"Napoli" 3 xalı tək qolla qazandı VİDEO
-
22:42
"Neftçi" "İmişli"ni meydana çıxmağa peşman etdi VİDEO
-
22:00
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
-
21:23
“Qarabağ” uduzdu, “Neftçi”dən darmadağın
-
20:38
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
-
19:09
"Qarabağ" "Kəpəz"ə məğlub oldu VİDEO
-
18:46
Azər Bağırovdan qələbə şərhi
-
18:31
Qurban Qurbanov: “Penalti olduğunu düşünürəm, Rauf Cabbarov da sağ olsun”
-
17:25
“Zirə”dən Ruanda yığmasına
-
16:54
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
-
15:17
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
-
14:00
Orxan Məmmədov: “Heyətimizə əl gəzdirsək, bu məqsədə çata bilərik”
-
13:42
Millimizə 27 futbolçu dəvət aldı
-
12:38
Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
-
12:23
Basketbol millimiz Türkiyədə bürünc medal qazanıb
-
11:49
“Qarabağ”ın hücumçusu Kolumbiya millisindən kənarda qaldı
-
11:06
"Böyük Dəbilqə": İlk gündə 4 cüdoçumuz mübarizəyə start verir
-
10:51
"Selta" "Lion"u mübarizədən kənarlaşdırdı VİDEO
-
10:35
"Qarabağ"ın səfər, "Neftçi"nin ev sınağı
-
10:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
II Liqada 22-ci turun oyun cədvəli açıqlandı
-
09:47
"Beşiktaş"ın qələbəsi VİDEO
-
09:30
“Neftçi”dən azarkeşlərə çağırış: Novruz ab-havalı fan-zona sizi gözləyir!
-
23:31
"Neftçi" "İmişli" ilə oyuna hazırdır FOTOLENT
-
22:47
"Böyük Dəbilqə": Cüdoçularımızın ilk rəqibləri bəlli olub
-
22:19
U-21 millimizin heyəti açıqlandı
-
21:22
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
-
21:05
"Zirə" "Karvan-Yevlax"a çətinliklə qalib gəldi
-
20:53
"Neftçi" "İmişli" ilə oyuna itki ilə çıxacaq
-
19:36
"Karvan-Yevlax" - "Zirə" matçında tək qol VİDEO
-
19:14
Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan təşkil edib
-
18:48
Füzuli Məmmədov: "Qolumuz sayılmalı idi"
-
18:25
Rəşad Sadıqov: "Təqvimə baxanda qorxulu yuxuya bənzəyir"
-
17:57
Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri başlayıb
-
17:32
I Liqada 19-cu tura yekun vuruldu
-
17:11
“Neftçi” İK vahid lider oldu
-
16:00
Azərbaycanı Barselonada üç paraüzgüçü təmsil edəcək
-
15:47
II Liqada 21-ci turun oyun cədvəli açıqlandı
-
14:26
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
-
14:03
Bakıda beynəlxalq təlim-məşq toplanışı
-
13:34
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək
-
12:18
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
-
11:45
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
21.03.2026
20.03.2026
19.03.2026























