2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

Xanım Dabo da Bordindən narazıdı

“Neftçi”nin hücumçusu Baqali Dabo komandadakı durumundan narazıdır.

Futbolxeber.az saytının "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, bunu onun xanımının sosial şəbəkədəki paylaşımından görmək mümkündür.

“Neftçi”nin dünən “Sabah”la 1:1-lik heç-heçə etdiyi matçda Dabo forma geyinməyib. Zədəsini sağaltdıqdan sonra “Bney Yehuda”ya qarşı Avropa Liqası matçında oynayan hücumçu, hazırda baş məşqçi Roberto Bordindən etimad görmür. Görünür, inciklik ailə daxilində də müzakirə olunub.

Baqalinin fotolarını paylaşan xanımın paylaşımında yazılanlardan bunu hiss etmək mümkündür: “Keçən il bu komandada ən çox kimin qol vurduğunu bilirik. Əhsən sənə. Bu nə birinci, nə sonuncu dəfədir. Biz bilirik ki, ən yaxşı sənsən. Şansı başqalarına buraxaq. Heç nə olmaz, öyrəşirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31