Minifutbol
“Kəpəz” legioneri: “Həyatımda 3 qadın var və onlar…”
“Kəpəz” klubunun saytının “Tam sərbəst” adlı rubrikasının növbəti qonağı Serjio Kosta olub. Futbolxeber.az-ın məlumatına görə, sözügedən rubrikanın ilk əcnəbi qonağı olan portuqaliyalı sualları cavablandırıb və futboldan kənar fikirlərini açıqlayıb:
“Yaşamaq gözəldir”
“Dünyamız gözəldir. Həyatdan, Tanrının bizə bəxş etdiyi nemətlərdan ilham alan birisiyəm. Yaşamaq gözəldir, həyatımıza xoşbəxtlik qatan çox şey var. Həyatı düzgün dəyərləndirməli, əməlimiz ilə öyünməliyik. Yüksək mənəvi dəyərlərə qiymət verirəm, həmişə onlara sadiq qalmağa çalışıram. Düzdü, hərdən hər şey bizim istədiyimiz kimi getmir. Buna baxmayaraq, həyatımızı daha da gözəl etmək üçün hər günümüzü mükəmməl keçirməyə çalışmalıyıq. Mənim ilham mənbəyim həmişə valideynlərim olub. Onlar mənim yaxşı həyata malik olmağım üçün çox çalışıblar. Yaşayıb yaratmaq üçün düzgün istiqamətə yönəldiblər. Mənə və bacıma həm maddi, həm də mənəvi tərəfdən dəstək olmaq üçün çox şeyləri qurban veriblər. Ona görə də onlara baxanda qürur hissi keçirirəm və yaxşı həyat üçün mübarizə aparmaq gücünə sahib oluram”.
“Ah qadınlar, qadınlar”
“Hər bir güclü kişinin arxasında güclü qadın dayanır”. Bu, doğru məsəldir. Həyatımda 3 qadın var və onlar mənim üçün çox önəmli yer tuturlar. Söhbət anam, bacım və həyat yoldaşımdan gedir. Onların hər biri ayrı-ayrılıqda mənə görə çox dəyərli, qiymətlidirlər. Həyatımda necə vacib insan olduqlarını yaxşı bilirlər, bunu nəinki dəfələrlə onlara söyləmişəm, hərəkətlərimdə belə hiss etdirmişəm. Bu xanımlar mənim gücüm, dəstəyim və hər şeydə sağ əlimdirlər. Bir dəfə demişdim, yenə deyirəm - kişiləri qadınlarsız təsəvvür etmək belə çətindir (gülür). Bu, tək mənim sözüm deyil. Yəqin ki, hamı belə fikirləşir. İndi anam və bacımdan ayrı yaşasam da, həyat yoldaşım daim yanımdadır. Odur ki, o, yaxşı və pis anlarımda həmişə dayağım olub. Bu gün bu səviyyəyə də çatmağımda onun əməyi böyükdür. Bunu dana bilmərəm”.
“Musiqi ruhun qidasıdır”
“Musiqini çox sevirəm, bəlkə də musiqisiz insan həyatını təsəvvür etmək olmaz. Portuqaliya fadu deyilən musiqi janrının vətənidir. Bu, lirik və qəmgin notlar üzərində qurulan musiqilərdir. Dünyada çox tanınıb, ancaq bizim digər janrda musiqilərimiz də var. Sözün düzü, belə mahnıları dinləmirəm, xoşum gəlmir (gülür). Həmişə musiqi alətlərindən pianino və gitaranı sevmişəm, ifa etməyə səy göstərmişəm. Ancaq heç vaxt onları öyrənməyə vaxtım olmayıb. Daha çox gitarada ifa etməyə cəhd etmişəm. Lakin nəticə yaxşı olmadığı üçün bir daha gitaranı əlimə almadım (gülümsəyir)”.
“Çox gəzən, çox bilər”
“İstirahət, əyləncə üçün çox səyahət etməmişəm, yalnız həyat yoldaşımla Dominikan Respublikasına istirahət üçün yollanmışam. Digər səyahətlər isə əsasən futbolla bağlı olub. Kolumbiya, Panama, Fransa və İspaniyada olmuşam. Ancaq ümid edirəm ki, gələcəkdə daha çox səyahət edəcəm və digər ölkələrlə də tanış olmaq imkanı qazanacağam. Mənim tətilim əsasən dostlarımın yaşadığı şəhərlərdə keçir. Bir qrup əla dostlarım var. Biz həmişə birlikdəyik və onlarla birgə bir çox maraqlı ekskursiyalar edirik. İstirahətdə futbol və kart oynayırıq, bir süfrə arxasında nahar edirik, bir qədəh şərab içirik, çimərliyə gedirik və üzürük. Hobbim yoxdur, həyatı necə istəyirəm elə də yaşayıram. Əlbəttə ki, hər ziyarət etdiyim ölkədən suvenir alıram ki, gələcəkdə övladlarıma nəsə göstərə bilim”.
“Azərbaycan – Odlar yurdu”
“Azərbaycandakı bu macəranı sevdim. Bu ölkə məni valeh etdi, əsasən də Bakı. Çoxlu tıxacların olmasına baxmayaraq, bu şəhər çox gözəldir. Bakının çoxlu görməli yerləri var. Ən sevdiyim yerlər isə bağlar və dənizkənarı parkdır. Orada gəzməyi çox xoşlayıram. Təəssüflər olsun ki, Gəncəyə yalnız oyundan oyuna gəldiyimiz üçün şəhər haqqında təsəvvürüm azdır. Gəncənin tarixi şəhər olduğu haqda az-çox eşitmişəm. Yeməklərə gəldikdə, düzünü desəm çox da Azərbaycanın milli təamlarından dadmamışam. Yalnız qonaqlıqlarda və ya bəzi matçlardan sonra yemişəm. Digər günlər isə evdə əsasən öz yeməklərimizdən bişirib yemişəm. Portuqaliya mədəniyyəti Azərbaycan mədəniyyətindən tamamilə fərqlidir. Bizim də Novruza müəyyən mənada bənzər adətimiz var, ancaq biz bunu başqa tərzdə keçiririk. Açığı deyim, Gəncədə gördüyüm Novruz bayramı çox maraqlı idi və həmişə bunu xatırlayacam”.
“Sirli dünya – Portuqaliya”
“Portuqaliya planetimizdə çox fərqli bir ölkə statusunu daşıyır və məncə, hamı üçün də maraqlı bir ölkədir. Portuqaliya çox sakit bir yerdir, burada yaşayan insanlar əməksevərlərdir, zəhmətə alışqandırlar. Ölkəmizin çoxlu gözəl kurort şəhərləri və möhtəşəm çimərlikləri var. Şübhəsiz ki, Portuqaliya dünya futbolunda Eysebio və Fiqo kimi məhşur oyunçuları ilə tanınır, hazırda vətənimiz Kriştiano Ronaldoya görə daha çox məşhurdur. Ancaq əmin olun ki, tək bununla tanınmırıq. Digər ölkələr bizi həm də dadlı təamlarımıza görə də tanıyır. Portuqaliya zəngin mətbəx mədəniyyəti ilə çox məhşurdur. Bizim dinlə bağlı bayramlarımız da var”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























