Minifutbol
"Biz Bin Laden olmamışıq"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər - E.İsmayılov, C.Məmmədov və S.Mustafayev son sözlə çıxış ediblər.
C.Məmmədov son sözündə dövlət ittihamçısının "əlbir olublar" sözlərinə etiraz edib: "Biz Bin Laden olmamışıq. Məhkəmədən haqq-ədalət gözləyirəm".
Proses sabah - aprelin 1-də davam etdiriləcək.
Xatırladaq ki, əvvəlki proseslərdə dövlət ittihamçısı E.İsmayılov və A.Əliyevin hər birinə 14 il, C.Məmmədova 12 il, S.Mustafayev və K.Mədətovun hər birinə 11 il 6 ay həbs cəzası (ümumilikdə 63 il) istəyib.
Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dekabr ayının 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılır.
Xatırladaq ki, həbs edilən şəxslərin bir neçəsi futbolçudur.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- "Beşiktaş" Konyadan 3 xalla qayıtdı
- "Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol
- Avro-2028: Millimiz 5-ci səbətdə
- Gəncədə qalib aşkarlanmadı
- Millimiz FIFA reytinqində irəlilədi
- "Trabzonspor"dan tək qollu qələbə
- "Yuventus" ikinci hissədə coşdu
- U-20 millimiz İraqa qalib gəldi
-
16:12
Batumidə saxlanılan "Beşiktaş" azarkeşləri sərbəst buraxılıb
-
15:58
Klub rəsmisi açıqladı - “Şirvan”da maliyyə problemi mövcud deyil
-
15:26
“Turan” İstanbulda çətin sınağa çıxacaq
-
15:03
Mourinyo və Flik ayın ən yaxşısı adına namizəddirlər
-
14:34
Azərbaycan Premyer Liqasının bəzi oyunlarında AVAR-2 hakimi də iştirak edəcək
-
14:11
İmaməddin Xəlilov Astanada bürünc medal qazanıb
-
13:45
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
-
13:00
Boksçularımız IBA Prezident kubokunda mübarizə aparacaqlar
-
12:27
"Şahdağ Qusar"dan vacib qələbə VİDEO
-
12:09
Millimizin hücumçusu “İnter” və “Yuventus”un hədəfində?
-
11:32
“Qarabağ” azarkeşlərə səsləndi: “Tribunada gözləyirik” VİDEO
-
11:18
"Neftçi" legioneri ilə yollarını ayırıb
-
10:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
"Trabzonspor"dan əzmkar qələbə VİDEO
-
09:54
Murad Məmmədov Konfrans Liqasında debüt etdi
-
09:31
Azərbaycan UEFA reytinqində neçəncidir?
-
09:15
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi VİDEO
-
09:00
“Neftçi”, yoxsa “Zirə”?
-
19:00
"Neftçi" "Zirə" ilə oyuna hazırdır FOTOLENT
-
18:31
Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib
-
17:55
"Sumqayıt"ın məşqçi və futbolçu heyəti üçün seminar keçirilib
-
17:29
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri məlum olub
-
17:04
Millimiz Serbiyaya uduzdu
-
16:48
"Şahdağ Qusar" I dövrənin qalibi oldu
-
15:56
XIII turun hakimlər təyinatları
-
15:12
"Sumqayıt"ın məşqçisi: “Komandamıza güvənirəm”
-
14:53
Şevçenkonun oğlu 7-ci divizion klubu ilə müqavilə imzaladı
-
14:27
İstanbul derbisinin hakimləri açıqlandı
-
14:00
İnsan beyni vs süni zəka... - Sənan Şəfizadənin reportajı VİDEO
-
13:41
Güləş millilərimizin məşqçiləri və tibbi personalı üçün seminar
-
13:15
"Neftçi" heyətini amerikalı legionerlə gücləndirib
-
12:38
Meksikada 26 yaşlı futbolçu öldürüldü
-
11:54
Çempionlar Liqasında qeyri-adi olay: hakim meydana sərxoş halda çıxdı
-
11:29
“Sabah” - “Barselona” oyununda faciə
-
11:06
"Vilyarreal"ın qələbəsi VİDEO
-
10:43
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
"Sportinq" - "Mançester Yunayted" matçında 4 qol VİDEO
-
09:52
Millimizin üzvü "Sampdoriya"da dubl etdi
-
09:30
"Barselona" Bakıdan qələbə ilə qayıtdı VİDEO
-
19:51
“Bavariya” Almaniya millisinin hücumçusu ilə güclənə bilər
-
19:33
"Qarabağ" "Sumqayıt"la oyuna hazırlaşır FOTOLENT
-
19:00
Mbappe Ronaldonu geridə qoydu
-
18:45
“Neftçi” üçün 3 mövzuda seminar
-
18:27
Elçin Məsiyev dünya çempionatının oyununa təyinat aldı
-
17:52
Samuxda ilk cüdo zalı fəaliyyətə başlayıb
-
17:39
“Çelsi”nin yarımmüdafiəçisi “Napoli”nin hədəfində
-
17:14
“Barselona”dan “Sabah”ın U-19 komandasına 7 cavabsız qol
-
16:48
AFFA bu komandanı çempionatdan kənarlaşdırdı
-
16:21
“Araz-Naxçıvan” üçün seminar keçirilib
-
16:03
“Şamaxı” 8 min manat cərimələndi
27.11.2026
26.11.2026
25.11.2026
























