9 May 2025, Cümə
AFFA bu klublara lisenziya verdi
34-cü turun hakim təyinatları
II Liqada 24-cü tura yekun vurulub
Mahir Emreli "Nürnberq"dən ayrılır

Minifutbol

Atletlər Komissiyasının növbəti görüşü

Milli Olimpiya Komitəsində Atletlər Komissiyasının növbəti görüşü baş tutub.

Futbolxeber.az saytının məlumatına görə, toplantıda idmançı və məşqçi münasibətləri müzakirə olunub, mütəxəssislər üçün psixoloji testlərin təşkili, qarşılıqlı davranış qaydalarının yaradılması haqqında danışılıb, idmana yeni başlayan yeniyetmə və gənclərə qayğı göstərilməsinin vacibliyi də qeyd edilib.

Komissiya heyətinin təklifi ilə məşqçilərin qeydiyyatının aparılacağı yeni bir veb saytın yaradılması haqqında fikir mübadiləsi aparılıb. Saytda qeydiyyatdan keçən mütəxəssislərin sertifikatlaşdırılmasının aparılması da nəzərdə tutulur. Məqsəd gələcəkdə valideynlərin övladları üçün idman növünə uyğun peşəkar məşqçilər seçməkdir.

Qeyd edək ki, görüşdə MOK-un idman idarəsinin direktoru Həsənağa Rzayev, Beynəlxalq Proqramlar şöbəsinin əməkdaşı Ceyhun Rəhmanov, Komissiyanın sədri Rüstəm Orucov (cüdo), komissiyanın katibi Fəridə Əzizova (taekvando), üzvləri Kamran Şahsuvarlı (boks) və Fatimə Əlkərəmova (üzgüçülük) iştirak ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31