Ölkə futbolu
“Şəfa”nın göyə sovurduğu 300 min manat
Əlirza Müştəbazadə - bu ad azərbaycanlı futbol azarkeşlərinə tanışdır. “Neftçi”nin yetirməsi olan qolkiper 2024/25 mövsümündə Azərbaycan Premyer Liqasında adından söz etdirməyi bacardı. “Səbail” həmin vaxt Premyer Liqada sonuncu olsa da, Müştəbazadə xüsusən də çempionatın qışdan sonrakı dövründə inamlı oyunu ilə yadda qaldı. Təsadüfi deyil ki, “Səbail”in qolkiperi əsas milli komandamıza qədər yüksəldi. O, 2025-ci ilin martında yığmaya dəvət aldı. Mövsüm başa çatdıqdan sonra “Səbail”in maddi durumu yaxşı olmadığı üçün Əlirza Müştəbazadə “Şəfa”ya üz tutdu. Təxminən 1 il əvvəl mətbuatda yazılanlara inansaq, o, “Şəfa” ilə 3 illik müqavilə imzaladı və bu müddətdə qolkiperin qazancı təxminən 300 min manat olacaq(dı).
Premyer Liqadan fərqli olaraq, Müştəbazadə I Liqada gözdən uzaq olsa da, yekunda istəyinə çatdı və komandası ilə birgə Premyer Liqaya yüksəldi. “Şəfa”nın çempionluğunda 24 yaşlı qolkiperin rolu heç də az deyil. O, mövsüm boyu 17 matçda meydana çıxıb və bunlardan 10-da qapısını toxunulmaz saxlayıb. Gəl ki, “Şəfa”da rəhbər və məşqçi dəyişikliyindən sonra Əlirza Müştəbazadənin klubdakı gələcəyi qeyri-müəyyəndir. Bunu bilmək üçün Məşədi İbad demişkən, “Tarixi Nadir”i yarıya qədər oxumağa ehtiyac yoxdur. Bu günə qədər “Şəfa” 5 transfer edib ki, onlardan da ikisi qapıçıdır. Komanda Nicat Mehbalıyevi və Məmməd Hüseynovu heyətinə qatıb. Belə çıxır ki, “Şəfa” indi Əlirza Müştəbazadəni üçüncü qapıçı kimi görür? Yoxsa o, komandanın əsas qapıçısıdırsa, klub rəhbərliyi ardıcıl iki qolkiper niyə transfer edib? Ehtiyatda oturtmaq üçün? Yaxud 1 il əvvələ qədər Premyer Liqada özünü yaxşı tərəfdən göstərən Əlirza Müştəbazadə nə vəziyyətə düşüb ki, indi onun üzərinə 2 qapıçı birdən transfer edilir?
Deyilənlərə inansaq, “Şəfa” rəhbərliyi Əlirza Müştəbazadənin xidmətində maraqlı deyil və onunla yolları ayırmaq istəyir. Gəl ki, qapıçının daha 2 illik müqaviləsinin varlığı və təzminat məbləğinin yüksək olması “Şəfa” rəhbərliyinin işini çətinə salıb. Görünən odur ki, “Şəfa” Emin Zamanov və Zahid Mərdanovdan fərqli olaraq, Əlirza Müştəbazadə ilə yolları asanlıqla ayıra bilməyəcək. Böyük ehtimalla, yekunda tərəflər razılığa gələcəklər. Amma olan havaya sovrulan yüz minlərə olacaq...
P.S. Bu yaxınlarda CBC Sportda qonaq olan Əfran İsmayılov “Şəfa”nın əvvəlki idarəçilərini qınayıb və futbolçularla ötən mövsüm uzunmüddətli – 2, yaxud 3 illik müqavilə imzalanmasının səhv addım olduğunu bildirib. Çox maraqlıdır, Əfran bəy doğrudan belə düşünür, yoxsa sadəcə keçmiş idarəçilərdən gileylənmək üçün bu cür fikir səsləndirib? Həqiqətən belə düşünürsə, onda belə çıxır ki, Əfran İsmayılovun “Şəfa”da işi həqiqətən də çox çətin olacaq. Çünki sadə məntiq var. Əgər “Şəfa” Əlirza Müştəbazadə, Nihad Quliyev, İsmayıl Zülfüqarlı kimi Premyer Liqa təcrübəsi olan futbolçulara uzun müddətli müqavilə təklif etməsəydi, onlar I Liqada oynayardılar? Əlbəttə ki, yox. I Liqaya gəlməkdənsə elə “Şamaxı”da, “İmişli”də, “Karvan-Yevlax”da necə deyərlər, başlarını girələyərdilər də. I Liqada nə gəzirdilər?..
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























