Ölkə futbolu
Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
“Liqada hazırda 3 elit məşqçi işləyir ki, onların gördüyü iş Avropada hər kəsə bəllidir. Bu sırada olan Kurban Berdıyev və Yuri Vernidubun komandaları “Real” və “Barselona” kimi klublara qalib gəlib. Həmçinin Qurban Qurbanovun işini xüsusi vurğulamalıyam... Mən Saşa İliçi də qeyd etmək istərdim. İliç Balkan ölkələrində çox məşhur bir məşqçidir. Özünəməxsus bir tərzi var. Milli komandamızın baş məşqçisi Ayxan Abbasov da çox yaxşı məşqçidir. Andrey Demçenko da çox yaxşı mütəxəssisdir. Bu mütəxəssislərə, komandalara qarşı mübarizə aparmaq çox çətin idi...”
Bu sözləri bir neçə gün əvvəl İTV-də yayımlanan “Bol idman” verilişinə müsahibəsində “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Litvalı mütəxəssisin fikirləri ilə hamı razılaşar. Adıçəkilən məşqçilərin səviyyəsinə heç kimin şübhəsi yoxdur. Sadəcə müsahibədə anlaşılmayan bir məqam var. Bu da Dambrauskasın “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun adını çəkməməsidir. Heç kim inciməsin, amma Qurbanovu, Berdıyevi, Vernidubu başa düşdük. Bəs Dimçenko və Abbasov? Rəşad Sadıqovun həqiqətənmi bu iki mütəxəssis qədər çətin rəqib deyil? Hətta çətin, yaxud asan rəqib olmaq bir yana, ən azından Rəşad Sadıqovun adı bu məşqçilərlə bir sırada çəkilməyə layiqdir. Kimsə Sadıqovu məşqçi kimi bəyənməyə bilər. Lakin unutmayaq ki, məşqçinin yerinə nəticələri danışır. Rəşad Sadıqov da “Zirə”yə rəhbərlik etdiyi müddətdə komanda 2 dəfə ölkə çempionatında gümüş, 1 dəfə isə bürünc medal qazanıb. Avrokuboklarda pley-off mərhələsinə qədər irəliləyib. Eləcə də 3 dəfə ölkə kubokunda final oynayıb. Bəli, finallarda qələbə qazana bilməyib. Amma finala çıxmağın özü də bir nəticə deyil?
Dambrauskasın Sadıqovun hansı məntiqlə adını çəkməməsi anlaşılmazdır. Ən azından məşqçi etikası deyilən bir şey var. Finalda 70 dəqiqə hesabda geridə olduğun rəqibi, həmin rəqibin baş məşqçisini necə görməzdən gələ bilərsən? Görünür, Dambrauskasın əcnəbi sevgisi bu açıqlamada obyektivliyini itirməsinə gətirib çıxarıb. Hər halda Qurban Qurbanovun adını çəkməyə bilməzdi. Ayxan Abbasov da millinin baş məşqçisi kimi yada düşüb. Yoxsa ki, dərinə getsək, Elmar Baxşıyev, Azər Bağırov kimi məşqçilər də ən yaxşılar arasında qeyd olunmalıdır.
Bəli, bu mövsüm “Zirə” ideal futbol sərgiləmədi. Komandanın xeyrinə hakim səhvləri oldu. Bütün bunları heç kim danmır. Amma insaf da dinin yarısıdır axı. Hətta Rəşad Sadıqov özü də “Turan Tovuz” və “Neftçi” ilə oyunlardan sonra komandasının lehinə hakim səhvi olduğunu etiraf etdi. Halbuki son zamanlar hansısa məşqçinin belə etirafı yada düşmür. Yeri gəlsə, istər “Neftçi” ilə oyunlarda, istər “Turan Tovuz”la matçlarda hakim səhvlərini ən çox qabardanlardan biri biz olmuşuq. Amma bütün bunları təkcə Rəşad Sadıqova bağlamaq nə dərəcədə düzgündür? Əgər hakimlər “Zirə”ni Avropaya “dartırdılarsa”, komanda niyə qitə kuboklarına vəsiqə qazanmadı?
Müasir futbolda pul çox böyük önəm daşıyır. Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvindən sonra isə maddiyyat daha çox önə çıxıb. Loru dildə desək, kimin pulu çoxdursa, o da sözün hər iki mənasında meydan sulayır. Dambrauskas da yağ-balın içində əla nəticələr qazanır. Bunu heç kim inkar etmir. Amma gün gələr vəziyyət dəyişər, onda kimin necə məşqçi olduğunu daha aydın görərik...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
-
10:32
Daha bir boksçumuz Avropa çempionu oldu
-
10:17
"Milan" səfərdə büdrədi VİDEO
-
10:00
Toral ehtiyatda qaldı, “Bursaspor” uduzdu
-
21:36
Balau "Turan Tovuz"a qələbə qazandırdı VİDEO
-
20:51
Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
20:25
"Qarabağ" və "Turan Tovuz"dan səfər qələbəsi
-
20:00
II Liqada hakim təyinatları açıqlandı
-
19:13
"Qarabağ" 1000-ci oyununda qalib gəldi VİDEO
-
18:48
Qurban Qurbanov: “Bizim üçün çox vacib qələbə idi”
-
16:24
Boksçumuz Avropa çempionu oldu
-
15:57
"Gəncə" heyətini amerikalı legionerlə gücləndirdi
-
15:32
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
-
15:19
Gimnastlarımız beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
-
14:46
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu
-
14:21
PSJ qalib gəldi VİDEO
-
14:00
Riad Rəfiyev: “Son vaxtlar Nihadla bağlı çox pis məlumatlar alırdıq...”
-
13:33
"Fənərbaxça" səfərdə sevindi VİDEO
-
13:15
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
-
12:58
"Real"dan çətin qələbə VİDEO
-
12:44
İkili yanaşma: Simiçə olar, Abdullazadəyə yox?
-
12:27
Qaradəniz derbisini "Trabzonspor" qazandı VİDEO
-
12:02
III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb
-
11:39
"Mançester Yunayted" sonda qələbəni əldən verdi VİDEO
-
11:16
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:51
"Çelsi"dən darmadağın VİDEO
-
10:23
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
-
10:00
"Barselona"nın qələbəsi VİDEO
-
23:51
"Sumqayıt" 3 xalı 4 qolla qazandı VİDEO
-
23:19
Filipe Kandidodan qələbə şərhi
-
22:37
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
-
21:23
"Sumqayıt"ın qələbə həsrəti bitdi
-
20:42
"Zirə" - "Şamaxı" matçında 2 qol VİDEO
-
20:00
Azər Bağırov: “Belə xəbərlərin oyundan qabaq yayılması doğru deyil”
-
19:34
Rəşad Sadıqov: “İstəmədiyim durumdayıq”
-
18:58
Dünya çempionatı: Uşanqi finalda uduzdu, Kənan bürünc qazandı
-
14:15
Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”
-
13:46
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
-
13:01
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
-
12:39
5 boksçumuz Avropa çempionatının finalına yüksəlib
-
11:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:43
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub
-
10:14
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi VİDEO
-
09:52
Mahir Emrelinin komandası yenə xalsız qaldı
-
09:30
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
12.10.2026
11.10.2026
10.10.2026
09.10.2026



















.jpg)




