Ölkə futbolu
Cenklə Avropa “cənginə”
Bilmirəm təsadüfdür, ya zərurət, amma “Neftçi”nin avrokuboklarla vidalaşmasında da, Avropa səhnəsinə qayıtmasında da Cenk Sümerin imzası var. “Neftçi” sonuncu dəfə 2023-cü ildə avrokuboklarda çıxış edib. Flaqman həmin vaxt UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Beşiktaş”a uduzaraq (1:3; 1:2) mübarizəni dayandırıb ki, Cenk Sümer də həmin vaxt İstanbul klubunda çalışırdı. Təxminən 1 il sonra “Beşiktaş”la yollarını ayıran funksioner 2024-cü ilin 25 iyununda “Neftçi” ilə rəsmi müqavilə imzaladı.
Sümerin təyinatı heç də birmənalı qarşılanmamışdı. Çünki buna qədər ortada Yens Andersson nümunəsi var idi. “Neftçi”nin idman direktoru postunu tutan isveçli klubda çalışdığı müddətdə futbol funksionerindən daha çox özünü mühəndis kimi təqdim etmişdi. Bu səbəbdən də Sümerin fəaliyyətinin necə alınacağı maraq doğururdu.
İndi, təxminən iki ildən sonra demək olar ki, Cenk Sümerin təyinatı özünü doğrultdu. Təbii ki, bu gün “Neftçi”nin yenidən avrokuboklara vəsiqə qazanmasında baş məşqçi Yuri Vernidubun rolu, zəhməti danılmazdır. Ukraynalı mütəxəssis Samir Abasovun bərbad vəziyyətə saldığı komandanı ayağa qaldıra bildi və yekunda “ağ-qaralar” UEFA Konfrans Liqasına vəsiqə qazandı. Lakin bəlkə də çox adam bilmir ki, Vernidub “Neftçi”nin şərtləri ilə razılaşmasaydı, heyətin yenilənməsini istəsəydi, onun təyinatı baş tutmayacaqdı. “Neftçi” rəhbərliyi yığılan heyətə, kollektivin gücünə, hazırkı futboçuların nəticə qazanmaq üçün kifayət edəcəyinə inanırdı. Elə də oldu. Zaman klub rəhbərliyinin seçiminin doğruluğunu sübut etdi. Bəli, Vernidub əla iş gördü. Amma klub rəhbərliyinin də zəhmətini unutmaq olmaz. Mövsüm boyu Cenk Sümer də bəzən tənqid hədəfinə çevrilirdi. Gah edilən transferlərə görə, gah da lazımi anlarda məsuliyyəti üzərinə götürməməsinə görə. Hətta bəzən sabiq “Neftçi” rəsmiləri arasında birbaşa da olmasa, dolayısı ilə ona söz atanlar da olurdu. Əslində, bu ittihamların əksəri haqsız idi. Ən azından stadionlarda olanlar nəyin necə olduğunu görürdü. Sümerin Şamaxıda hakimlərin qərəzli qərarlarına necə etiraz etdiyini, media önünə çıxaraq sözünü dediyini həmin gün stadionda olanlar da təsdiqləyər...
Bəlkə də başqası olsaydı, Samir Abasov gedəndən sonra komandanı yox, cibini düşünərək “Neftçi”yə Türkiyədən məşqçi gətirərdi. Lakin Sümer özünü yox, klubun mənafeyini seçdi. Nəticəsi də ortadadır.
“Neftçi” kimi klubda baş icraçı direktor postunu tutmaq heç də asan deyil. Lakin görünən odur ki, türkiyəli funksioner geridə qalan müddətdə işinin öhdəsindən gəlməyi bacarıb. Cenk Sümerlə müsahibələrdə dəfələrlə iştirak etmiş biri kimi deyə bilərəm ki, bugünkü nəticə minimum hədəfdir. “Neftçi” kimi, Cenk bəyin də iddiaları böyükdür.
Heyətdən söz düşmüşkən, “Neftçi”nin hər uğursuz oyunundan sonra tənqid olunanlardan biri də idman müşaviri Kamil Məmmədov idi. Samir Abasovun dönəmində bəziləri edilən transferlərə ağız büzürdülər. Halbuki yayda çətin vəziyyətdə olan klubda yenidən heyət qurmaq, ən azı bu prosesdə iştirak edənlərdən biri olmaq heç də asan deyildi. Lakin zaman göstərdi ki, Məmmədovun seleksiyası kifayət qədər uğurludur. Mövsümün əvvəlində xeyli tənqid olunan Freddi Varqas, İmad Faraj kimi legionerlər bu gün “Neftçi”nin aparıcı üzvləridirsə, deməli, görülən iş nəticəsini verib. Uzun sözün qısası, “Neftçi”nin mövsümün ikinci hissəsində qazandığı nəticələrdə, yenidən avrokuboklara yollanmasında məşqçilər korpusu, futbolçular kimi, rəhbərliyin də böyük rolu var. Lakin bununla kifayətlənmək olmaz. “Neftçi” bu uğurun ardını həm Avropada, həm də növbəti mövsüm ölkə çempionatında gətirməlidir. Azarkeşlərin də ümidi böyükdür. İnam var ki, 80 illikdə qazanılmayan uğurlar 90 illikdə qazanılacaq...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
10:00
Azərbaycan kubokunda I mərhələyə yekun vurulur
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
09:40
Dünya çempionatı: Zelim Kotsoyev mübarizəyə başlayır
-
09:20
“Araz-Naxçıvan” “Kəpəz”ə, “Neftçi” ən yaxın izləyicisinə qarşı
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
-
14:00
AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib
-
13:31
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
-
12:06
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
-
11:48
İspaniya səfərdə Xorvatiyanı məğlub etdi VİDEO
-
11:25
Hakan Çalhanoğlu ilə bağlı şad xəbər
-
10:59
“Arsenal”ın hücumçusu “Atletiko” və “Yuventus”un hədəfində
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
-
19:36
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyanı məğlub etdi
-
17:19
Sefasın durumu nə yerdədir?
-
16:45
“Bavariya” Keynlə yeni müqavilə imzalayacaq
-
16:02
“Çelsi” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
09.10.2026
08.10.2026
07.10.2026
06.10.2026
























