22 Iyul 2026, Çərşənbə
Freddi Varqas rəsmən “Neftçi”də
“Neftçi” "Buduçnost"u məğlub etdi
Erməni güləşçilər Bakıya gəlir
Stiv Beusnard “Turan Tovuz”da

Ölkə futbolu

Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası dünən ilk yoxlama oyununa çıxıb. Bəhreynlə qarşılaşan yığmamız 3:0 hesablı qələbə qazanıb.

Futbolxeber.az-ın məlumatına görə, AFFA-nın saytı U-21 millimizin bəhreynli həmyaşıdları ilə qarşılaşdığını yazıb. İstər oyunla bağlı xəbərdə, istərsə də matçdan hazırlanmış fotosessiyada rəqib qismində Bəhreynin U-21 millisi təqdim edilib. Əslində isə Azərbaycan yığması Bəhreynin U-21 deyil, U-20 millisi ilə qarşılaşıb. Bu məqam “fləşskor” (flaschore.com, flashfootball.com), “livskor” (livscore.com) kimi portallarda qeyd olunub. Xarici saytlar yığmamızın Bəhreynin U-20 millisi ilə qarşılaşdığını yazıb. Həmin komandanın əvvəlki və sonrakı matçlarına diqqət etdikdə də AFFA-nın yalan məlumat yaydığı üzə çıxır. Belə ki, Bəhreynin U-20 millisi bundan 3 gün əvvəl – iyunun 3-də Qırğızıstanın U-20 millisi ilə qarşılaşıb və rəqibinə 0:4 hesabı ilə uduzub. Eləcə də komandanın növbəti sınağı Asiya U-20 Kubokunun seçmə mərhələsi olacaq. Bəhreynin U-20 millisi 31 avqust-6 sentyabr aralığında Tacikistan, İordaniya və Əfqanıstanın U-20 yığmaları ilə qarşılaşacaq.

Görünür, AFFA-nın saytı rəqib komandanın yaşını artırmaqla millimizin qələbəsini şişirtməyə cəhd edib. Lakin buna nə ehtiyac var? Adı üstündə, bu, yoxlama oyunudur...








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31