27 Noyabr 2026, Cümə
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu

Ölkə futbolu

“Qarabağ”ın ikinci transferi Bakıya gəldi

“Qarabağ” növbəti transferini gerçəkləşdirməyə yaxındır.

Futbolxeber.az saytının məlumatına görə, Kiprin kerkida.net saytı bu haqda yazıb.

Məlumata görə, 26 yaşlı qambiyalı hücumçu Zakaria Savo transferi rəsmiləşdirmək üçün Azərbaycana yollanıb.

Bildirilir ki, futbolçu Bakıda tibbi müayinədən keçəcək və daha sonra Ağdam klubu ilə müqavilə imzalayacaq.

“Qarabağ”ın futbolçu ilə maraqlandığı son günlər məlum olmuşdu. Hazırda transferin yekun mərhələdə olduğu qeyd edilir.

Zakariya Savo son 5 ayda Kiprin AEL klubunda uğurlu çıxışı ilə diqqət çəkib (22 oyuna 10 qol). Onun oyunu bir sıra klubların marağına səbəb olsa da, karyerasını Azərbaycanda davam etdirməyə hazırlaşdığı bildirilir.

O, müqavilə ilə “Yurqorden”ə (İsveç) məxsusdur. Savo karyerası ərzində “BK Olimpik”, “Oskarshamns”(hər ikisi İsveç), “Start”(Norveç) klublarında da oynayıb.

Xatırladaq ki, "Qarabağ" mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30