2 Noyabr 2025, Bazar günü
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Minifutbol

Bakıda dünya çempionatına həsr olunmuş konsert baş tutacaq

Heydər Əliyev Mərkəzinin parkında Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert təşkil olunacaq

Futbolxeber.az saytının məlumatına görə, mayın 27-də saat 18:00-da başlayacaq proqramda Xalq artistləri Aygün Kazımova və Miri Yusif çıxış edəcəklər. Proqramın növbəti hissəsində İlkin Fuadoğlu və Dj Nicolas mahnıları ilə gecəni unudulmaz edəcək.

Konsert proqramına giriş ödənişsizdir.

Xatırladaq ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir. Yubiley tədbiri Bakıda qeyd olunacaq. 2 minədək qonağın gəlməsi gözlənilən turnirə 145 ölkədən ümumilikdə 1000-ə qədər idmançı qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması da nəzərdə tutulub. Yarış 29 may - 4 iyunda Bakı Kristal Zalında gerçəkləşəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30