11 May 2025, Bazar günü
“Neftçi” və "Zirə" qələbə qazandı
Elvin Məmmədov: "Alınmadı...”
Ulu öndərin abidəsi ziyarət edilib
Ayın ən yaxşı qolları müəyyənləşdi

Minifutbol

Qarabağ atlarının qatıldığı şou başa çatıb

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” 2023-cü ilin 14 may tarixində başa çatıb.

Futbolxeber.az saytına bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəlxalq atçılıq şousu qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilib, nümayəndə heyətimizin hər il nümayiş etdirdiyi bənzərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin ayrılmaz hissəsi kimi qəbul edilib.

Milli sərvətimiz olan Qarabağ atlarının qorunub saxlanılmasına və məşhurlaşdırılmasına Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi sayəsində son illər ərzində mili at cinslərimizin dünyada Azərbaycan brendi kimi tanıdılması istiqamətində əhəmiyyətli işlər görülür. Bu tədbirlər sırasında “Vindzor Kral Atçılıq Şousu”nda Qarabağ atlarının füsunkar gözəlliyinin nümayiş etdirilməsi xüsusi yer tutur.

“Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizi növbəti dəfə DSX-nin süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib, artıq ənənəvi olaraq öz çıxışları ilə hər kəsi valeh etməyi, hər bir tamaşaçını heyrətləndirməyi bacarıblar. Təmsilçilərimizin milli geyimlərimizdə çıxışları xüsusilə fərqlənib, çoxsaylı tamaşaçı kütləsinin xüsusi rəğbətini qazanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31