1 Mart 2026, Bazar günü
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi

Xarici futbol

Bosniya futbolunun əfsanəsi millidəki karyerasını başa vurur

Bosniya və Hersoqovina futbolunun canlı əfsanələrindən hesab olunan Miralem Pyaniç millidəki karyerasını başa vurur.

Futbolxeber.az saytının məlumatına görə, iyunun 7-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçiriləcək matçda Pyaniç yığma ilə vidalaşacaq.

Bu barədə millinin idman direktoru Emir Spahiç məlumat verib: “Bu, adi oyun yox, xüsusi an olacaq. Biz qərara gəldik ki, Pyaniç mütləq meydana çıxmalı və beynəlxalq karyerasını layiq oldiğu şəkildə başa vurmalıdır. Azarkeşlərlə dolu stadionda, alqışlar sədası altında”.

Qeyd edək ki, hazırda Moskva ÇSKA-da forma geyən Pyaniç millidə 115 matçda 17 qol vurub. O, yığmanın heyətində DÇ-2014-ün iştirakçısı olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31