5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Futzal

Portuqaliya ilk dəfə Avropa çempionu oldu

Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Lyublyanada keçirilən həlledici qarşılaşmada Portuqaliya və İspaniya milliləri üz-üzə gəlib. Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtın sonuncu dəqiqəsində daha bir qol vuran Portuqaliya millisi 3:2 hesablı qələbə qazanmaqla tarixində ilk dəfə Avropa çempionu olub.

Buna qədər yalnız İspaniya (7 dəfə), İtaliya (2) və Rusiya (1) milliləri qitənin ən güclüsü adını qazanmışdılar.

Qitə birinciliyinin bürünc medallarına isə Rusiya yığması sahib çıxıb. Ruslar təsəlliverici finalda Qazaxıstandan üstün olublar – 1:0.

Xatırladaq ki, Azərbaycan millisi Avropa çempionatında mübarizəni 1/4 finalda dayandırıb. Yığmamız Portuqaliyaya 1:8 hesabı ilə uduzmaqla qitə birinciliyi ilə vidalaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31