Etopaz
Zəfər Kubokunun püşkü atılıb
İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçiriləcək mini-futbol üzrə Zəfər Kubokunun püşkatma mərasimi keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, "Report" agentliyinin ofisində təşkil olunmuş tədbirdə İAM-ın sədri və agentliyin idman şöbəsinin redaktoru Elşən Məmmədov may və iyunun əlamətdar aylar olduğunu və məhz turnirin bu tarixlərə salınmasının təsadüfi olmadığını bildirib. İşğaldan azad olunmuş ərazilərin adlarını daşıyan komandaların iştirakı ilə mini-futbol turnirini ilk dəfə 2021-ci ildə Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkil etdiyini xatırladan E.Məmmədov bu ideyanın yaşamasının zəruriliyini bildirib. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərə Allahdan rəhmət diləyən İAM sədri qazilərə can sağlığı arzulayıb: "Əvvəllər mayda Şuşa və Laçının işğalını hüznlə anırdıqsa, artıq torpaqlarımız işğaldan azad olunub".
O qeyd edib ki, hazırda Zəfər Kuboku adını daşıyan turnir eyni formatla gələn il Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil oluna bilər: "Artıq deyə bilərik ki, format özünü doğruldur və yaşamalıdır. Çünki bizim üçün əlamətdar olan günlərdə keçirilir. Komandaların adları müqəddəs sayılan, işğaldan azad edilmiş bölgələrə verilib. Bu turnirlə bağlı elan verəndə, ilk olaraq 8 komandanın iştirakı nəzərdə tutulurdu. Daha sonra müraciətlərin çoxluğunu nəzərə alıb, komandaların sayını 12-ə yüksəltdik və format dəyişikliyinə getdik. Turnirə maraq böyükdür və oynamaq istəyən komandalar yetərincədir. Bütün yarış iştirakçılarına təşəkkür edirəm. İnanıram ki, turnir sağlam və gərgin rəqabət şəraitində keçəcək".
Turnirin Təşkilat Komitəsinin üzvlərindən beynəlxalq dərəcəli hakim, "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov bütün komandalara uğurlar arzulayıb, təşkilatçılara və sponsorlara təşəkkürünü bildirib: "Bu gün Milli Qəhrəmanımız, Allahverdi Bağırovun doğum günüdür. Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində dünyasını dəyişən şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirik. Arzu edirəm ki, Azərbaycan çempionatında da komanda sayı 12 olsun, müqəddəs torpaqlarda turnirlərin davamı olsun. Bir daha hər birinizə uğurlar arzulayıram. Futbol emosional oyundur, hər birimiz komandaların adlarını göz önünə gətirib turniri elə səviyyədə keçirməliyik ki, nümunəvi olsun".
Region Liqasında çıxış edən "Cəbrayıl" klubunun prezidenti Cavid Hüseynov tədbirdə iştirakı özünə borc bildiyini vurğulayıb: "Futbol hər kəsi birləşdirən idman növüdür. Bu yarışda jurnalistlərimiz öz məharətini göstərəcək. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışını dinlədim. O da xüsusi olaraq qeyd etdi ki, Zəfər yolu sadəcə yoldan ibarət deyil. Bu günə gəlib çıxmağımızda Qarabağın işğaldan azad edilməyində böyük - 30 illik məsafə var. Turnirin adı ilə bağlı çox gözəl seçim etmisiniz. Hər birinizə uğurlar arzulayıram. Şəhidlərimiz və qazilərimizin sayəsində torpaqlarımız işğaldan azad olunub. Komandalara uğurlar arzu edirəm, maraqlı turnir olacağına inanıram".
Təşkilat Komitəsinin üzvü, idman jurnalisti Mehman Süleymanov turnirə çox gözəl adın verildiyini diqqətə çatdırıb: "Allah həmkarımız Elnur Əşrəfoğluna da rəhmət eləsin. Zəfər Kubokunun final matçı onun doğum gününə təsadüf edəcək. İdman mediasının yarışları rəqabət baxımından geri qalmır. Bir sıra jurnalistlər bu sahədə də bacarıqlıdırlar. Zəfər Kuboku da İAM və ETOPAZ-ın 10 illik yubileyi ilə bağlı keçirilir. Bütün komandalara uğurlar arzulayıram".
ETOPAZ-ın Müştəri xidmətləri şöbəsinin müdiri Yusif Həsənov bir çoxları tərəfindən Azərbaycanın ilk qanuni mərc saytı kimi tanınmalarına baxmayaraq, şirkətin bir sıra layihələrdə yaxından iştirak etdiyini xatırladıb: "Aztəminatlı ailələrə və Vətən müharibəsindən sonra şəhid ailələrinə, müharibə iştirakçılarına yardımlar etmişik. YAŞAT və Qarabağ Dirçəliş Fonduna ianələr etmişik. Şirkət olaraq bu turnirdə iştirak etmək qürurverici haldır. İnanıram ki, turniri layiq olan komanda qazanacaq".
Daha sonra püşkatma mərasimi keçirilib:
A qrupu: "Füzuli" ("Report"), "Xocavənd" ("İdman" TV), "Cəbrayıl" ("Futbol+")
B qrupu: "Suqovuşan" ("Veteranlar"), "Xocalı" ("Vəfadar"), "Şuşa" (ARB TV)
C qrupu: "Laçın" (İctimai-siyasi jurnalistlər), "Qubadlı" ("Elnur Əşrəfoğlunun komandası"), "Kəlbəcər" ("Teleqraf Holdinq")
D qrupu: "Zəngilan" ("Şuşa-2021"), "Xankəndi" ("Bakı"), "Ağdam" ("Xəzər")
4 may
10:30. Açılış mərasimi
I tur
11:00. "Zəngilan" - "Ağdam"
8 may
11:00. "Füzuli" - "Cəbrayıl", "Suqovuşan" - "Şuşa"
12:00. "Laçın" - "Kəlbəcər"
15 may
II tur
11:00. "Xocavənd" - "Cəbrayıl", "Xocalı" - "Şuşa"
12:00. "Qubadlı" - "Kəlbəcər", "Xankəndi" - "Ağdam"
22 may
III tur
11:00. "Füzuli" - "Xocavənd", "Suqovuşan" - "Xocalı"
12:00. "Laçın" - "Qubadlı", "Zəngilan" - "Xankəndi"
28 may
Yarımfinal
11:00. A qrupunun qalibi - C qrupunun qalibi
12:00. B qrupunun qalibi - D qrupunun qalibi
19 iyun
12:00. FİNAL
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























