Etopaz
LİVERPULDA HƏLLEDİCİ "DÖYÜŞ"
UEFA Çempionlar Liqasında ilin son oyunları başlayır. Bu gün və sabah keçiriləcək görüşlərlə turnirdə qrup mərhələsinə yekun vurulacaq və gələn fevralda pley-offda oynayacaq bütün komandaların adı dəqiqləşəcək. Bu axşam keçiriləcək 8 qarşılaşma arasında həlledici xarakterli oyunlar B və C qruplarının matçlarıdır.
Xüsusən "Enfild Roud"da keçiriləcək "Liverpul" - "Napoli" dueli böyük maraq doğurur. C qrupunun yeganə məğlubiyyətsiz komandası "Napoli" 9 xalla vahid liderdir. 3-cü sıradakı ingilislərə vəziyyəti 180 dərəcə dəyişmək üçün sadəcə bu axşam qələbə lazımdır. Qalibiyyət "Liverpul"u azı 2-ci yerlə pley-offa çıxaracaq. Bir şərtlə ki, bu qələbə ya 1:0, ya da azı 2 top fərqiylə olmalıdır. 2:1, 3:2 və digər 1 top fərqli hesablar "Napoli"nin xeyrinə olacaq. Çünki, "Liverpul" bu görüşdə 2:1 və ya 3:2 hesablı qələbə qazansa, hər iki komandanın xalı bərabərləşəcək. Belədə aralarındakı oyunlar əsas göturüləcək. "Napoli" öz meydanında "Liverpul"a qol buraxmadan qalib gəldiyi üçün (1:0) səfərdə vurulan qollar italyanların işinə yarayacaq. Başqa variant da var. Əgər Belqradda sensasiya qeydə alınarsa - "Srvena Zvezda" PSJ-ni məğlub edərsə, onda "Napoli" uduzsa belə, "Liverpul"la birgə 1-2-ci yerləri bölüşdürüb, pley-offa vəsiqə qazanacaq. Amma PSJ-nin "Srvena Zvezda"ya uduzacağı o qədər də real görünmür.
Beləliklə, "Liverpul"la "Napoli"nin taleyi öz əllərindədir. İtalyanlar görüşə tam heyətlə - zədəsiz, diskvalifikasiyasız hazırdır. "Liverpul"da isə Oksleyd-Çemberlenin neçə aydır sürən müalicəsi davam edir. Müdafiənin mərkəzində zədəli Co Qomesin yoxluğu baş məşqçi Yurgen Kloppu narahat edir. Onun əvəzləyicisi, xorvatiyalı Deyan Lovren də matça tam hazır deyil. Belə vəziyyətdə iddialı Kloppun təcrübəli strateq Karlo Ançellotiyə qarşı mübarizəsi maraqla gözlənilir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz"da bu qarşılaşmaya həm canlı, həm də "təkli" mərc edə bilərsiz. Əmsallar: "Liverpul"un qələbəsi 1.55, heç-heçə 3.80, "Napoli"nin qələbəsi 4.25.
B qrupunda "Barselona" qrup lideri kimi 1/8 finala vəsiqəni təmin etdiyindən "Tottenhem"lə oyunun nəticəsi onlar üçün formal xarakter daşıyır. İngilislər isə 2-ci sıranı əllərində saxlamaq üçün qalib gəlməlidir. Heç-heçə olacağı təqdirdə isə "İnter"in öz meydanında PSV qarşısında xal itirməsi lazımdır. PSV-nin qrupda heç bir iddiası qalmadığından "İnter"ə ciddi müqavimət göstərəcəyini əminliklə demək olmaz. İndiyədək Eydhoven təmsilçisi ilə ÇL-fə keçirdiyi 3 matçın hamısında qalib gələn "neradzurra"nın bu axşam da qələbə qazanacağına inam böyükdür. "Nou Kamp"da qələbə qazanmaq məcburiyyətində qalan "Tottenhem" oyuna itkilərlə çıxacaq: Dembele, Sançes, Vanyama, Yansen, Trippyer və Lamela zədə səbəbindən matça hazır deyil. "Barsa"da isə Malkom, Umtiti, Samper, Rafinya heyətdə olmayacaq. Hər iki qarşılaşmaya "Topaz"da canlı və "təkl" mərc etmək olar. Əmsallar: "Barselona"nın qələbəsi 1.90, heç-heçə 3.75, "Tottenhem"in qələbəsi 3.30. "İnter"in qələbəsi 1.30, heç-heçə 4.40, PSV-nin qələbəsi 6.50.
Bu görüşlərdən başqa Çempionlar Liqasının axşamkı digər oyunlarına da "Topaz"da canlı və "təkli" mərc etmək mümkündür. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- VII turun hakim təyinatları
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- “Səbail” qələbəni əldən verdi
- Fətiyev bürünc medal qazandı
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
16:03
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
07.11.2026
06.11.2026
























