Etopaz
"TOPAZ": TURİNDƏ "GECƏNİN OYUNU", MOSKVADA LİDERLİK "SAVAŞI"
Bu axşam keçiriləcək 8 oyunla UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulacaq. Proqnoz həvəskarları Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da bu 8 matçın hər birinə canlı mərc edə bilər. Bir qarşılaşma istisna olmaqla qalan 7 görüşə isə "təkli" mərc etmək də mümkündür.
Ümumiyyətlə, "Topaz"ın bugünkü proqramında 78 oyuna yer verilib. 7 "təkli" oyunla yanaşı, 22 matç canlı mərcə çıxarılacaq. "Gecənin oyunu" statusuna uyğun gələn qarşılaşma isə təbii ki, "Yuventus" - "Mançester Yunayted" duelidir. 15 gün əvvəl Mançesterdə keçirilən oyunda "Yuve" 1:0 hesablı qələbə qazanmaqla H qrupunda liderliyi ələ keçirdi.
Bu axşam da "Qoca Sinyora" qələbə qazanarsa, vaxtından əvvəl pley-offa vəsiqəni təmin edəcək. Bu, tərəflərin Çempionlar Liqasında 10-cu görüşü olacaq. Əvvəlki 9 matçın statistikasına görə, hər iki komandanın bərabər sayda qələbəsi var. Bir görüşdə isə heç-heçə qeydə alınıb. "Yunayted"in Turinə son iki səfəri möhtəşəm qələbələrlə yadda qalıb. 1999-da 3:2, 2003-cü ildə isə 3:0. Amma ser Aleks
Fergüssonun gedişindən sonra əvvəlki nüfuz və əzəmətini itirməyə başlayan "qırmızı şeytanlar" artıq "Yuventus" tiffozisi üçün qorxulu deyil. Əksinə, fantastik bir mövsüm keçirən "Yuve" (komanda mövsümün startından bu yana oynadığı 14 matçdan birində heç-heçə edib, qalanları isə udub) "Mançester Yunayted"lə ilk oyunda olduğu kimi, axşamkı dueldə də aşkar favorit sayılır. "Topaz"da "günün oyunu"na həm canlı, həm də "təkli" mərc edə bilərsiz. Əmsallar: "Yuventus"un qələbəsi 1.55, heç-heçə 3.65, "Mançester Yunayted"in qələbəsi 5.25.
Əgər "Yunayted" Turində məğlub olarsa "Valensiya" öz meydanında "Yanq Boyz"a qalib gəlməklə 2-ci sıranı ələ keçirə bilər. Digər oyunlardan 2 saat tez - 21:55-də başlanacaq "Valensiya" - "Yanq Boyz" görüşü üçün "Topaz"ın təklif etdiyi əmsallar belədir: "Valensiya"nın qələbəsi 1.40, heç-heçə 3.90, "Yanq Boyz"un qələbəsi 5.30.
Saat 21:55-də daha bir qarşılaşma da başlanacaq ki, azarkeşlərə gərgin mübarizə vəd edir. Söhbət Moskvada keçiriləcək ÇSKA - "Roma" oyunundan gedir. 3 oyundan 6 xal yığan romalılar "Real Madrid"in də yer aldığı G qrupunun lideridir. 3-cü sıradakı ÇSKA-nın isə aktivində 4 xal var. Ruslar bu gün qələbə qazanarsa azı 2-ci sıranı ələ keçirəcək, çünki digər matçda "Real Madrid"in Çexiyada "Viktoriya Plzen"ə qalib gəlmək ehtimalı yüksəkdir. Həm ruslar, həm də "Roma" oyuna itkilərlə çıxacaq. ÇSKA-da uruqvaylı legioner Ernandes, həmçinin, Kuçayev, Vasin və Makarov zədəlidir. "Roma"da isə eyni səbəbədən De Rossi, Perotti, Pelleqrini oynamayacaq. 2 həftə əvvəl Romadakı dueldə meydan sahibləri 3:0 hesablı qələbə qazansa da, "Lujniki"də italyanları ağır oyun gözlədiyi şübhə doğurmur. 1 ay əvvəl bu meydanda "Real Madrid"in ÇSKA-ya 0:1 hesabı ilə uduzduğunu da xatırlatmaq yerinə düşər. "Topaz"da matça bu əmsallarla mərc edə bilərsiz: ÇSKA-nın qələbəsi 3.50, heç-heçə 3.25, "Roma"nın qələbəsi 1.80.
Çempionlar Liqası həyəcanını "Topaz"la yaşayın, çünki burada həm də qazanmaq şansınız var.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
20.10.2026
19.10.2026
























