8 Noyabr 2026, Bazar günü
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”

“İlk olaraq Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm. Həqiqətən çox çətin oldu. Azərbaycan millisində keyfiyyətli oyunçular çoxdur. Onlar bundan çox yaxşı istifadə etdi. Toral Bayramov kimi standart vəziyyəti yaxşı vuran oyunçunuz var. Bizim də qol vurmaq imkanımız var idi.  Hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Sonda komandamızın imkanı var idi. Təəssüf, istifadə edə bilmədik. Azərbaycanı təbrik edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Tacikistan yığmasının baş məşqçisi İqor Angelovski yoxlama görüşündə millimizə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- Məğlubiyyətinizə əsas səbəb nə oldu?

- Komandam bu gün yaxşı oynadı. Qol vura bilmədik. Bizim də keyfiyyətli oyunçularımız var. Hamısını analiz edəcəyik.

- Şimali Makedoniya millisinin baş məşqçisi kimi Azərbaycana qarşı komandanı meydana çıxarmışdınız. Bu gün isə Tacikistan millisinin baş məşqçisi kimi bunu etdiniz. Azərbaycan millisini necə müqayisə edərdiniz?

- Müqayisə aparmaq çox çətindir. Çünki o vaxtdan 5-6 il keçib. İndiki oyunçular fərqlidir, səhv etmirəmsə, o vaxtdan Emin Mahmudov və Mahir Emreli qalıb millidə. Yeni oyunçular var. Müqayisə apara bilmirik. Azərbaycan D divizionunda olmağa layiq deyil. Ümidvaram ki, xallar qazanaraq daha yaxşı yerlərə çıxacaq.

- Azərbaycan millisində sizi təəccübləndirən sonra kim oldu?

- Gözləyirdim ki, oyunçularınız yaxşı oynayacaqlar. Ümid edirəm ki, futbolçularınız fərdi səviyyədə özlərini inkişaf etdirərlər, klubların göstəriyi nailiyyətləri milli yığma da göstərər. Futbolçulara, ölkəyə gözəl nailiyyətlər arzu edirəm.

- Oleq Baklovu start heyətində meydana buraxmağınızın səbəbi azərbaycanlı futbolçuları yaxşı tanımasından irəli gəlirdi?

- Yoldaşlıq oyunudur. Məqsədimiz Asiya kubokuna hazırlıqdır. Tacikistan tarixində ikinci dəfədir ki, iştirak edəcək bu kubokda. Bu oyunlar vaxtı müxtəlif versiyaları nəzərdən keçiririk. Çox gözəl üç qapıçımız var. Bu dəfə Oleqdən istifadə etdik. Amma bu o demək deyil ki, həmişə o olacaq, digərlərini də nəzərdən keçirəcəyik ki, hər kəsin keyfiyyətinə bələd olaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30