8 Noyabr 2026, Bazar günü
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda klubun mətbuat xidməti açıqlama yayıb.

Komanda Yuri Maksimova tapşırılıb. Ukraynalı mütəxəssislə anlaşma 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. O, bu vəzifədə Cavid Hüseynovu əvəzləyib.

Bildirilib ki, məşqçilər heyətinə digər təyinatlarla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Y.Maksimov müxtəlif illərdə “Vorskla”, “Dnepr-1”, “Polose”, “Taraz”, “Mordoviya”, “Metallurq”, “Krivbass”, “Obolon”, ÇSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb. 58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə” (indiki “Şamaxı”) klubunun baş məşqçisi olub, Azərbaycan kubokunu qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30