8 Noyabr 2026, Bazar günü
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”

“Bakıdakı yarışda rəqabətədavamlı olmaq üçün ilk növbədə sıralanma turunda yaxşı nəticə göstərməyimiz vacibdir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Ferrari” komandasının pilotu Şarl Lekler Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il sıralanma turu performans baxımından ən çox çətinlik çəkdikləri məqamdır: “Ona görə də orada rəqabətədavamlı olsaq, yarış üçün ümidliyəm. Amma bunun haqqında düşünməzdən əvvəl həftəsonuna yaxşı hazırlaşmalıyıq. Trasın temperaturu da böyük rol oynayacaq. Məncə, əsas diqqəti buna yönəltməliyik”.

Sürücü Bakı trasında yarışmaqdan zövq aldığını söyləyib: “Amma indiyədək yarışlar mənim üçün çətin keçib. Ümid edirəm ki, həftəsonu bunu düzəldə bilərik. Əvvəlki yarışlarda yaşadığımız uğursuzluqların trasla əlaqəli olduğunu demək ədalətli olmaz. Son bir neçə həftəsonunda bəzi məqamlarla bağlı çətinliklər yaşadıq və daha yaxşı iş görmək bizim əlimizdədir. Bakı Qran-Prisində bunun üçün çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da təşkil olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30