13 Sentyabr 2026, Bazar günü
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğlub etdi
V turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Sumqayıt”ın baş məşqçisi: “Bir xalla kifayətlənməyə layiq deyildik”

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində doğma meydanda "Şamaxı"nı qəbul edən "Sumqayıt" 1:1 hesablı heç-heçə edib.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido matç haqda fikirlərini bildirib:

"Hər iki hissədə də kifayət qədər qol epizodu yaratdıq. Bu gün yalnız bir xalla kifayətlənməyə layiq deyildik. Komandada müəyyən irəliləyiş görürəm. Rəqibimiz təhlükəli komandadır. Göründüyü kimi, hələ üzərimizdə işləməliyik. Bir daha deyirəm, biz inkişaf edirik və daha yaxşı oynayacağıq.

Qarşıdan gələn milli fasilə komandamız üçün yaxşı olacaq. Ancaq yəqin ki, iki futbolçumuz milli komandaya yollanacaq və biz tam heyətlə hazırlaşa bilməyəcəyik. Hər halda, futbolçularımızın milli komandaya dəvət alması ilə fəxr edirəm”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30