Ölkə futbolu
Yaddaşın ədaləti, yaxud 90 dəqiqənin hökmü
İctimai yaddaşın ən ciddi sınağı uğur günlərində deyil, uğursuzluq anlarında başlayır. Qalib gələn insanı alqışlamaq asandır. Əsas məsələ məğlubiyyət zamanı dünən deyilənləri, yaşananları, görülən işləri bir anda unutmamaqdır. Çünki ədalət yalnız səhvi görmək deyil, bütöv yolu görə bilmək bacarığıdır.
İctimai yaddaşın bir xüsusiyyəti də onun emosional anlarda seçici davranmasıdır. Son hadisə bəzən əvvəlki illərin üzərinə elə güclü kölgə salır ki, uzun müddətdə formalaşmış təsəvvür bir neçə saatın içində dəyişə bilir. Halbuki ədalətli qiymətləndirmə məhz həmin anda yaddaşı qorumağı tələb edir: son nəticəni görmək, amma bütün keçmişi onun içində əritməmək.
Son günlər “Qarabağ”ın “Tvente” ilə oyunundan sonra yaranan müzakirələrə də bir qədər bu prizmadan baxmaq lazımdır. Məğlubiyyət gözlənilməz idi və belə nəticədən sonra tənqidlərin olmasını müəyyən qədər təbii qarşılamaq olar. Futbol nəticə tələb edir. Məşqçinin taktiki qərarları, heyət seçimi, transfer siyasəti, komandanın müəyyən anlarda oyuna nəzarəti itirməsi müzakirə olunmalıdır. Bu mənada “Qarabağ” futbol klubu və onun baş məşqçisi də bu tənqiddən kənarda qala bilməz.
Amma tənqidlə inkar arasında incə, eyni zamanda çox mühüm bir sərhəd var. Bir insanın səhvini göstərmək başqa, onun illərlə gördüyü işi bir gecənin emosiyası ilə dəyərsizləşdirmək başqadır.
“Qarabağ”ın son illərdə Azərbaycan cəmiyyətində yaratdığı hissi yalnız çempionluqların, kubokların və Avropa turnirlərində keçilən mərhələlərin sayı ilə izah etmək çətindir. Bu komanda bizə uzun illər ölkə futbolunda çox ehtiyac duyduğumuz bir hissi – böyük səhnədə özümüzü görmək sevincini yaşatdı.
Avropanın tanınmış klubları Bakıya gəldi. Azərbaycan klubu London, Madrid, Roma, Lissabon, Leverkuzen kimi futbol mərkəzlərində meydana çıxdı. Bəzən qalib gəldi, bəzən son dəqiqələrdə uduzdu. Amma ən əsası, Avropaya çıxmaq birdəfəlik hadisə olmaqdan çıxdı, davamlı bir futbol ənənəsinə çevrildi. Bu uzun yolun dəyişməyən simalarından biri Qurban Qurbanovdur.
Burada yalnız məşqçilikdən də söhbət getmir. İllər boyu onun davranışında Azərbaycan cəmiyyətinin çox qiymət verdiyi bəzi xüsusiyyətləri də gördük: təmkin, məsuliyyət, rəqibə hörmət, uğur zamanı ölçünü itirməmək, uğursuzluq zamanı günahı dərhal başqasının üzərinə atmamaq.
Müasir futbolda məşqçi çox zaman yalnız taktika quran adam deyil. O, klubun ictimai simalarından birinə çevrilir. Dediyi söz, məğlubiyyətdən sonrakı davranışı, futbolçusuna münasibəti də yaratdığı nəticənin bir hissəsidir.
Qurban Qurbanovu fərqləndirən cəhətlərdən biri də bəlkə budur. Qələbələri öz şəxsiyyətinin nümayişinə çevirmədi. Məğlubiyyətlərdən sonra da çox vaxt özündən başqa günahkar axtarmağa çalışmadı. Bu, bəzən bir kubok qədər görünən nəticə yaratmır, amma uzun müddətdə nüfuz və etibar yaradır.
Dünya futbolunun tarixində də klubu ilə uzun yol gedən məşqçilərin nümunəsi az deyil. Aleks Ferqyusonun “Mançester Yunayted”dəki ilk illəri sonrakı zəfərlərlə müqayisədə çox çətin keçmişdi. Arsen Venger 22 il “Arsenal”ın başında qaldı və son illərində sərt tənqidlərlə üzləşdi. Dieqo Simeone isə artıq uzun illərdir “Atletiko Madrid”də yalnız məşqçi yox, klubun futbol kimliyinin əsas simalarından biridir.
Bu məşqçilərin heç biri toxunulmaz olmayıb. Hamısı tənqid edilib, səhv edib, ağır məğlubiyyətlər yaşayıb. Amma böyük klubların tarixində bir anlayış da var: institusional yaddaş. Yəni qərar yalnız son doxsan dəqiqəyə baxılaraq verilmir. Dünən nə yaradılıb, hansı sistem qurulub, klub haradan haraya gəlib – bunlar da hesabın bir hissəsi olur.
Əslində institusional yaddaşın mahiyyəti də budur: şəxsləri səhvsiz elan etmək yox, onların yaratdığı dəyəri ayrı-ayrı uğursuzluqların içində itirməmək. Güclü institutlar son nəticəyə reaksiya verir, amma uzun yolu da yadda saxlayır.
Bizdə isə bəzən çox tez iki ifrat arasında gedib-gəlirik. Qələbədən sonra insanı əlçatmaz zirvəyə qaldırır, məğlubiyyətdən sonra isə dünənki bütün uğurlarını unutmağa başlayırıq. Halbuki nə bir qələbə insanı qüsursuz edir, nə də bir məğlubiyyət onun bütün keçmişini silir.
Burada “vəfa” anlayışını da doğru başa düşmək lazımdır. Vəfa kor-koranə müdafiə deyil. “Bu insan illərlə bizə sevinc yaşadıb, ona görə artıq heç kim onu tənqid edə bilməz” demək də doğru yanaşma olmaz. Əksinə, həqiqi vəfa daha tələbkardır.
Səhvi səhv kimi demək, dəyişməli olanı göstərmək, amma bunu edərkən insanın haqqını yeməməkdir. Bəlkə “Qarabağ”ın da müəyyən mənada yenilənməyə ehtiyacı var. Futbol çox sürətlə dəyişir. Dünən uğur gətirən oyun modeli sabah kifayət etməyə bilər. Yeni futbolçulara, yeni yanaşmalara, bəlkə də bəzi taktiki dəyişikliklərə ehtiyac yarana bilər. Bütün bunların müzakirəsi normaldır və hətta lazımdır.
Amma yenilənmək keçmişi inkar etmək demək deyil. Qurban Qurbanovun Azərbaycan futboluna verdiyi ən böyük töhfəni bəlkə də yalnız qazandığı titullarda axtarmaq lazım deyil. O, uzun illər ərzində Azərbaycan klubunun Avropada davamlı şəkildə var ola biləcəyinə dair bir inam yaratdı. Bir nəsil uşağın “Qarabağ”ın Avropa oyunlarını adi futbol təqviminin bir hissəsi kimi görərək böyüməsində pay sahibi oldu. Bu, az şey deyil.
İndi ağır məğlubiyyətdən sonra tənqid də olacaq, suallar da veriləcək. Belə də olmalıdır. Sadəcə tənqid edərkən yaddaşımızı itirməyək. Çünki ictimai ədalətin ən sadə, amma bəzən ən çətin şərtlərindən biri budur: son hökmü verərkən bütün yolu xatırlamaq.
İnsanın vəfası da yalnız kiməsə yaxşı günündə necə yanaşması ilə ölçülmür. Əsl ölçü onun çətin günündə nə qədər ədalətli qala bildiyimizdir.
Əbülfəz Süleymanlı, 525.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:20
“Qarabağ”, yoxsa “Neftçi”?
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
17.10.2026
16.10.2026
15.10.2026
























