15 Oktyabr 2026, Cümə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Digər idman növləri

Azərbaycanın deflimpiyaçı cüdoçusu İsveçrədə gümüş medal qazanıb

Azərbaycanın deflimpiyaçı cüdoçusu Aydın Əzizov İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən "Ecole Mont-Olivet Deaf Judo Masters Top 18" turnirində gümüş medal qazanıb.

Futbolxeber.az saytının Azərbaycan Deflimpiya Komitəsinə istinadən verdiyi məlumata görə, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu dairəvi sistem üzrə keçirilən yarışda 3 görüşə çıxaraq sonda ikinci pilləni tutub.

O, yarış çərçivəsində Qazaxıstan, Fransa və Macarıstan təmsilçiləri ilə qarşılaşıb.

Qeyd edək ki, A.Əzizov ilk dəfə təşkil olunan "Masters Top 18" turnirində 81 kq çəki dərəcəsində gümüş medal qazanan ilk Azərbaycan idmançısı kimi tarixə düşüb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31