23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Basketbol

Basketbol Federasiyası məşqçilər üçün seminar və imtahan təşkil edəcək

Azərbaycan Basketbol Federasiyası (ABF) B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanları keçirəcək.

Futbolxeber.az saytının ABF-yə istinadən verdiyi məlumata görə, tədbir sentyabrın 12-13-də Bakı İdman Sarayında təşkil olunacaq.

Təlimlər məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C dərəcəsinə malik mütəxəssislərin isə B kateqoriyasına yüksəlməsi üçün nəzərdə tutulub. Sentyabrın 12-də məşqçilik seminarı, ertəsi gün isə yazılı və praktiki imtahanlar keçiriləcək.

2026/2027 mövsümü üçün qüvvədə olan yeni qaydalara əsasən, gənclərdən ibarət milli komandalarda, həmçinin ABF bayrağı altında keçirilən yarışlarda baş məşqçi kimi fəaliyyət göstərmək üçün minimum B kateqoriyası tələb olunur.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31