17 Oktyabr 2026, Şənbə
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”
Maksimov məğlubiyyəti şərh etdi
"Şamaxı" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Kurban Berdıyev: “Rəqib 1 epizod yaratdı və qol vurdu”

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində səfərdə "Kəpəz"in qonağı olan "Turan Tovuz" 0:1 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:

"Ötən oyunla müqayisədə, bu matçda daha yaxşı oyun sərgilədik. Buna baxmayaraq, məğlub olduq. Rəqib 1 epizod yaratdı və qol vurdu. Biz çox epizodlar yaratdıq".

- Sizi komandanın oyununda ən çox nə narahat edir?

- Ən çox hücum narahat edir. Balau və Vadjinin tam hazır olmaması bizə problemlər yaradır. Ümid edirəm ki, daha yaxşı oyun sərgiləcəyik.

- Balau və Vadji ilə çempion olmağa ümid edirsinizmi?

- Əlbəttə.

- Mövsümün əvvəlində "Turan Tovuz" azarkeşlərindən istefa səsləri eşidilirdi. Bu amil sizi narahat edir?

- Məni narahat etmir.

- Yeni stadionla bağlı düşüncələriniz?

- Ancaq sevinə bilərəm ki, Azərbaycanda belə stadionlar tikilir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31