Ölkə futbolu
“Zirə”nin kapitanı: “3 qələbədən sonra çempionluq barədə düşünmək düz olmaz”
“Zirə”nin kapitanı Qismət Alıyev Azərbaycan Premyer Liqasının üçüncü turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir. Bizim kimi, “Neftçi” də ilk iki turda qələbə qazanmışdı. Matç hər iki komanda üçün vacib idi. Düşürəm ki, gözəl oyun alındı. Yekunda çox önəmli və lazımlı qələbə qazandıq.
- Komandanızın qələbə qolunun müəllifi oldunuz...
- Meydana çıxdığım hər oyunda komandamın uğuru üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq. Buna görə çox şadam.
- Qolu fərqli şəkildə qeyd etdiniz. Bunun xüsusi mənası var idi?
- Hər dəfə oyundan sonra evə gedərkən oğlum həmin hərəkəti edir. Mən də bunu oğlum üçün təkrarladım.
- Ötən mövsüm “Neftçi” ilə çempionatda hər iki ev oyununuz qalmaqallı alınmışdı. Bu dəfə isə oyun sakit keçdi...
- Futboldur, bəzən narazılıqlar da olur. Rəbiq komandanın azarkeşləri, yaxud futbolçuları ilə arada nəsə narazılıq yaşanır. Budəfəki matçda isə azarkeşlər maraqlı qarşılaşmaya şahidik etdilər. Hər hansı narazılıq yaşanmadı.
- Yayda “Neftçi”yə keçəcəyiniz haqda xəbərlər yayılmışdı, lakin yekunda “Zirə”də qaldınız. Bu məqam “Neftçi” ilə görüşdə motivasiyanıza nə dərəcədə təsir göstərmişdi?
- Mən 6 ildir “Zirə”dəyəm, burada xoşbəxtəm. “Neftçi” ilə danışığımız olmamışdı. Mövsüm başa çatdıqdan sonra millinin düşərgəsinə yollandım. Geri qayıtdıqdan sonra “Zirə” ilə müqavilə imzaladım.
- Yəni “Neftçi”dən təklif gəlməmişdi?
- Aramızda danışıq olmamışdı. Fikrim ancaq “Zirə”də idi.
- Qarşıda sizi çox ağır qrafik gözləyir – “Sabah”, “Qarabağ” və “Turan Tovuz”. “Zirə” bu gərgin qarşılaşmalara hazırdır?
- Artıq “Neftçi” ilə oyun geridə qaldı. Qarşıdakı üç rəqibin hər biri iddialıdır. İndi yalnız “Sabah”la görüşü düşünürük. Yeri gəlmişkən, onları təbrik edirəm. Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandılar. Hazırda yalnız “Sabah”la matçı düşünürük. Qarşıda bizi gərgin və maraqlı oyun gözləyir.
- Bu 3 qarşılaşmada qazanılacaq neçə xal “Zirə”ni qane edəcək?
- İndidən nəsə demək olmur. Çünki istər “Sabah”, istər “Qarabağ”, istərsə də “Turan Tovuz”un hər biri çox güclü rəqibdir. İndiki vəziyyətdə heç bir komandanı digərindən fərqləndirmək olmur. Dediyim kimi, bu dəqiqə fikrimiz ancaq "Sabah”la oyundadır. Bacardığımızın ən yaxşısını etməyə çalışacağıq ki, həmin matçda qələbə qazanaq.
- Uğurlu startdan sonra “Zirə”nin hədəfində çempionluq var?
- Yox, cəmi 3 tur geridə qalıb və biz komanda şəklində o barədə düşünmürük. İndiki fikrimiz yalnız hər növbəti oyundur.
- Amma yəqin ki, hər bir futbolçu kimi, siz də çempion olmaq istərsiniz.
- Əlbəttə, hər bir komanda istər ki, çempion olsun. Sadəcə cəmi 3 tur keçib və indidən bu barədə nəsə demək düzgün olmaz. Bilirik ki, istər “Qarabağ”, istərsə də “Sabah”ın çox yaxşı heyəti var.
- “Neftçi” ilə oyunu izləyənlər arasında milli komandanın baş məşqçisi Ayxan Abbasov da var idi. Bu matçdakı inamlı çıxışınız milliyə yolunuzu açacaq?
- Ayxan Abbasov əksər komandaların oyunlarını izləyir. Mən də hər bir matçda əlimdən gələni edirəm ki, özümü yaxşı tərəfdən göstərim və milli komandaya dəvət alım. Çağırılsam, əvvəlki illərdəki kimi, yenə də canla-başla millinin uğuru üçün əlimdən gələni edəcəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- II turun hakim təyinatları açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Qəbələ" və "Şamaxı"dan qələbə
-
00:42
“Fənərbaxça” səfərdə xal itirdi VİDEO
-
20:39
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
19:47
Elvin Camalov “Neftçi”dən getdi
-
18:20
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
-
17:51
Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırıb
-
17:16
Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
-
17:03
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
-
16:42
Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar
-
16:34
Cenk Sümer: “O, bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!”
-
16:25
“Neftçi” Emil Səfərovla yeni müqavilə imzaladı
-
15:58
"Gəncə"də yeni müqavilə
-
15:37
“Araz-Naxçıvan”ın oyunlarının keçiriləcəyi məkan dəqiqləşib
-
15:19
Hidayət Heydərovun dünya çempionatında iştirakı məşqçilərin qərarından asılı olacaq
-
15:00
Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
-
14:26
"Naxçıvan"dan yeni transfer
-
13:51
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
-
13:33
PSJ "Brest"dən üstün oldu VİDEO
-
13:02
"İmişli"dən "Şəfa"ya
-
12:44
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
12:25
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
-
11:58
"Napoli" "Bolonya"ya qalib gəldi VİDEO
-
11:39
Boksçularımız Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
11:17
"Yuventus" uduzdu VİDEO
-
11:00
Varkonyi: “Tək “Sabah” yox, “Zirə” və “Neftçi”ni də unutmaq olmaz”
-
10:46
Derbini "Mançester Siti" qazandı VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Barselona" səfərdə qalib gəldi VİDEO
-
09:31
Toral oynadı, "Bursaspor" xal itirdi
-
09:14
"Qalatasaray"dan çətin qələbə VİDEO
-
23:37
Renat Dadaşov Ukraynada debüt etdi
-
23:23
Zirədə qalib aşkarlanmadı VİDEO
-
22:00
Qurban Qurbanov: “Hər iki komanda 1 xala layiq idi”
-
21:18
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçında heç-heçə VİDEO
-
20:56
"Qarabağ" məğlubiyyətdən qaçdı
-
20:35
“Turan Tovuz”dan etiraz: “Təzyiqlərlə üzləşirik
-
19:22
Kurban Berdiyev: “VAR-a gedəndə başqa qərar gözləyirdim”
-
18:54
Gimnastlarımız dünya çempionatında gümüş medal qazanıblar
-
15:01
"Atalanta"dan gözlənilməz məğlubiyyət VİDEO
-
14:47
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir
-
13:33
"Borussiya" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:59
Messi qol vurdu, zirvəni ələ keçirdi
-
12:28
"Trabzonspor" yenə uduzdu VİDEO
-
12:00
“Sumqayıt”ın yeni transferi: “Azərbaycan Premyer Liqası çox çətin çempionatdır”
-
11:46
"Arsenal" istəyinə ikinci hissədə çatdı VİDEO
-
11:15
“Neftçi” Türkiyədə klubları ilə bacarmadı
-
10:52
"Latsio" - "Milan" matçında 4 qol VİDEO
-
10:34
Günün canlı yayımlanacaq matçları - TV
-
10:21
"Çelsi" "Hall Siti" ilə bacarmadı VİDEO
-
10:07
Ozan Canın komandasından heç-heçə
-
09:43
"Real"ın qələbəsi VİDEO
15.09.2026
14.09.2026
13.09.2026
























