15 Sentyabr 2026, Çərşənbə axşamı
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Ölkə futbolu

“Düşünmüşdüm ki, biz “Turan Tovuz”a necə qol vuraq?

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində "Turan Tovuz"u qəbul edən "Kəpəz" 1:0 hesablı qələbə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Məmmədov jurnalistlərin suallarını cavablandırıb:

“İlk növbədə şəhərimizə və Azərbaycanımıza bu stadionu, bu atmosferi bəxş edən hər kəsə təşəkkür edirəm. Yeni meydançamızda ilk oyunumuz idi. Çox sevincliyik. Möhtəşəm azarkeşlərimiz var idi. Çox güclü rəqibə qarşı oynayırdıq. Biz rəqibi analiz edəndə müdafiə olunma səviyyəsini görəndə düşünmüşdüm ki, biz bu komandaya necə qol vuraq? Lakin futbolçularım bu işin öhdəsindən gələ bildi. Çox lazımlı qələbə oldu. Bu qələbədə əziyyəti olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm”.

- Daha əvvəl də mətbuatda və futbol ictimaiyyətində Gəncədə gəncəli məşqçi işləməlidir deyilirdi... Sizin gəlişinizlə bu sözlərin haqlı olduğunu demək olar?

- Mən bu fikirlə heç razı deyiləm. Fikrimcə, yanlış fikirdir. Azərbaycanda bu vəzifəyə hansı məşqçi layiqdirsə, o da işləməlidir. Hazırda məni layiq biliblər və mən də buradayam. Azarkeşlər daim qələbə istəyir. Biz də öz növbəmizdə onlara sevinc bəxş etmək üçün əlimizdən gələni edirik.

- “Turan Tovuz”un müdafiəsinin öhdəsindən gəlməyin çətin olduğunu vurğuladınız. Növbəti turda “Şamaxı” ilə matçda da bu çətinliklə üzləşəcəyinizi düşünürsünüzmü?

- Oyundan qabaq motivasiya vermək istəyirdim. Bu azarkeşlərin önündə oynamaq özü bir motivasiyadır. “Turan Tovuz”a uyğun hazırlaşmışdıq. “Şamaxı”ya da onlara uyğun hazırlaşmaq niyyətindəyik. Onların hər ikisinin fərqli oyun üslublarına malik olduqlarını düşünürəm.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30