17 Oktyabr 2026, Şənbə
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”
Maksimov məğlubiyyəti şərh etdi
"Şamaxı" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Gəncədə 10 ilin azarkeş rekordu

Azərbaycan Premyer Liqasının 3-cü turu tamaşaçı rekordu ilə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, “Kəpəz” - “Turan Tovuz” qarşılaşmasını (1:0) 13500 izləyici seyr edib. Bu, həm cari mövsümün rekordu, həm də son 10 turnir üçün 2-ci göstəricidir.

Son 10 ildə Premyer Liqada yalnız bir oyunda daha çox tamaşaçı qeydə alınıb. Ötən mövsümün “Qarabağ” - “Sabah” matçını 17338 seyrçi tamaşa edib. Həmin oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Təxminən 3 ildən sonra Premyer Liqa matçına ev sahibliyi edən Gəncə şəhər stadionu üçün turnirdə son 10 mövsümün rekordu qeydə alınıb. Bu arenada daha çox izləyici sonuncu dəfə 2016/17 mövsümündə olub. Bu, 2016-cı il sentyabrın 25-də “Qarabağ”la qarşılaşmaya təsadüf edib - 14238 tamaşaçı .

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31