16 Oktyabr 2026, Cümə
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi

Ölkə futbolu

UEFA Azərbaycan və Ermənistan çempionlarının bir qrupda yer almasına imkan vermədi

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupdakı komandaların hamısı müəyyənləşib.

Futbolxeber.az saytının Azərbaycan Futzal Federasiyasına istinadən verdiyi məlumata görə, ilkin mərhələ oyunlarından sonra C qrupunun qalibi “Buba Mara” və D qrupunun lideri “Uypeşt” “qırmızı-ağlar”ın rəqibi olub.

Əslində, iyulun 8-də keçirilən püşk 5-ci qrupa E qrupunun qalibinə vəsiqə vermişdi. Ancaq həmin qrupda Ermənistan çempionu “Unisport” birinci olub. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməz. Buna görə də E yox, D qrupunun qalibi 5-ci qrupa vəsiqə qazanıb.

Bu mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək Polşada keçiriləcək. 5-ci qrupda “Piast” (Polşa), “Araz-Naxçıvan” (Azərbaycan), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypest” (Macarıstan) komandaları güclərini sınayacaqlar.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu turnirdə sayca 21-ci dəfə iştirak edəcək. Təmsilçimiz bu göstəricidə yalnız Qazaxıstanın “Kayrat” klubundan geri qalır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31