18 Oktyabr 2026, Bazar günü
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Digər idman növləri

Azərbaycan cüdoçuları Polşadakı turnirdə 7 medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Polşanın Krakov şəhərində keçirilən beynəlxalq turnirdə 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 7 medal əldə ediblər.

Futbolxeber.az saytının Azərbaycan Cüdo Federasiyasına istinadən verdiyi məlumata görə, U-18 yaş kateqoriyasında mübarizə aparan idmançılar uğurlu nəticəyə imza atıblar.

Əli Abdullayev (60 kq), Hüseyn Şıxəliyev (66 kq) və Ömər Atayev (81 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıblar.

Dünyamalı Asdanlı (66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (55 kq) və Əli Cəfərov (66 kq) isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, 23 ölkə təmsilçisinin mübarizə apardığı beynəlxalq yarışda U-16 və böyüklər kateqoriyalarında da mükafatçılar müəyyənləşəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31