6 Oktyabr 2026, Çərşənbə axşamı
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Ölkə futbolu

Daan Rots: “Qarabağ”la oyuna başı dik getməliyik”

“Tvente”nin futbolçusu Daan Rots UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları ilk oyun barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, niderlandlı futbolçu ESPN-ə açıqlamasında məğlubiyyətə baxmayaraq, cavab görüşü ilə bağlı ümidli olduğunu deyib:

“Düşünürəm ki, indi bir az məyusluq var. Amma paltardəyişmə otağında da dedik ki, hesab cəmi 0:1-dir. Gələn həftəki oyuna başımızı dik tutaraq getməliyik”.

Rots “Tvente”nin xüsusilə ikinci hissədə üstün oynadığını düşündüyünü bildirib:

“Məncə, ikinci hissənin böyük hissəsini onların meydanında oynadıq. Hər şey həmişə istədiyimiz səviyyədə alınmasa da, oyunda üstünlük qura və imkanlar yarada bildiyimizi kifayət qədər göstərdik”.

O, Bakıdakı cavab qarşılaşmasında mərhələni keçə biləcəklərinə inandığını vurğulayıb:

“Onlar qol vurdular, amma biz də təxminən həmin məsafədən üç dəfə qapıya zərbə endirdik. Onlar qol vurdular, biz isə yox. Düşünürəm ki, bunu bacarmaq mümkündür”.

Qeyd edək ki, “Qarabağ” - “Tvente” cavab görüşü avqustun 27-də Bakıda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31