21 Noyabr 2026, Şənbə
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi

Ölkə futbolu

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Futbolxeber.az saytının məlumatına görə, ölkə hazırda 21.937 əmsalla 26-cı pillədə qərarlaşıb.

"Qarabağ"ın ötən gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində səfərdə Niderland təmsilçisi "Tvente" üzərində qələbəsindən (1:0) sonra Azərbaycanın hesabına 0.250 əmsal əlavə olunub.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə "Hapoel"ə (Beer-Şeva, İsrail) 1:2 hesabı ilə uduzan "Sabah" ölkə əmsalını artıra bilməyib.

Sloveniya (22,843) 25-ci, Slovakiya isə (20.625) 27-ci yerdədir.

Reytinqə 101.907 əmsalla İngiltərə başçılıq edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30