4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Ölkə futbolu

“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”

“Tvente”nin futbolçusu Ramiz Zerrouki UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək ilk oyun barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçisi matçdan əvvəl keçirilən mətbuat konfransında “Qarabağ”ı təcrübəli komanda adlandırıb:

“Komandamızda bu oyunun həyəcanı çox böyükdür. Bunun üçün uzun müddət çalışmışıq və artıq həlledici məqam gəlib çatıb. Söhbət iki oyundan gedir, amma ümid edirik ki, sabah çox vacib bir addım ata biləcəyik.

Avropa Liqasında pley-off-a vəsiqə qazana bilməməyimizə görə məyus idik. Evdə “Ferentsvaroş”la matçda yaxşı anlarımız oldu, səfər görüşündə isə öz səviyyəmizdə çıxış etmədik. Bundan sonra diqqəti Konfrans Liqasına yönəltməliyik.

İndi buradayıq və “Qarabağ”la oyuna hazırıq. “Qarabağ” təcrübəli komandadır. Futbol oynamağı sevir və meydanda həll yollarını məhz topla oynamaqla tapmağa çalışır. Əsl qüvvələr nisbətinin necə olduğunu sabah meydanda görəcəyik”.

Qeyd edək ki, “Tvente” - “Qarabağ” matçı sabah Enshededə keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31