4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Ölkə futbolu

“Tvente”nin baş məşqçisi: “Bizi “Qarabağ”la iki final gözləyir”

“Tvente” UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyun öncəsi mətbuat konfransı keçirib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Niderland klubunun baş məşqçisi Con van den Brom oyunla bağlı fikirlərini bölüşüb. O, “Qarabağ”la hər iki qarşılaşmanı final adlandırıb:

“Bizi “Qarabağ”la iki final gözləyir. “Qarabağ” “Tvente” üçün yad rəqib deyil. Mən də əvvəllər bu Azərbaycan klubu ilə qarşılaşmışam. Həmin vaxt “Lex”in baş məşqçisi idim və bu, təsnifat mərhələsində olmuşdu”.

Niderlandlı mütəxəssis deyib ki, “Qarabağ” son illərdə Konfrans Liqasından daha yüksək səviyyəli turnirlərdə çıxış edib: "Bu, onların səviyyəsi haqqında kifayət qədər məlumat verir. Komandada çoxlu fərdi keyfiyyətlərə malik futbolçular var və indi də belədir. Buna qarşı diqqətli olmalıyıq. “Qarabağ” Cənubi Avropa və Cənubi Amerika futbolunun təsirlərinin hiss olunduğu komandadır və onların oyununda da bunu görmək mümkündür. Onlar daha çox topa sahib olmağa üstünlük verirlər.

Düşünürəm ki, bizim mütləq şansımız var. Sevdiyimiz və istədiyimiz oyunu göstərməliyik. Dominant olmaq, topa sahib olmaq və azarkeşlərimizin dəstəyi ilə rəqibi geri çəkilməyə məcbur etmək istəyirik. Bunu bacarsaq, gələn həftə keçiriləcək cavab oyunu öncəsi özümüz üçün çox yaxşı üstünlük yarada bilərik.

Maksimum nəticəyə nail olmaq üçün azarkeşlərimizə də ehtiyacımız var. Ev oyunlarında dəfələrlə etdikləri kimi, onlar bizə son təkanı verə bilərlər”.

Qeyd edək ki, “Tvente” - “Qarabağ” matçı sabah Enshededəki “De Qrolş Veste” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31