6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Ölkə futbolu

"Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" və "Orhus" kollektivləri arasındakı cavab oyununun hakimləri dəyişdirilib.

Futbolxeber.az saytının məlumatına görə, UEFA daha əvvəl qarşılaşmaya Joao Pineyronun rəhbərlik etdiyi Portuqaliya hakimlər briqadasını təyin etsə də, sonradan dəyişiklik olub.

Bakıda keçiriləcək matçı Fransadan olan Villi Delajo idarə edəcək. Ona Ervan Finjean və Valentin Evrard kömək edəcək, dördüncü hakim funksiyasını Erik Vattellier yerinə yetirəcək. VAR hakimi Bastien Deşepi, AVAR isə Nikolya Rainvill olacaq.

Qeyd edək ki, "Sabah" - "Orhus" oyunu avqustun 11-də "Bank Respublika Arena"da keçiriləcək. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30