6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Ölkə futbolu

İqor Kostyuk: "Qarabağ"a daha çox qol vura bilərdik"

Kiyev "Dinamo"sunun baş məşqçisi İqor Kostyuk Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"a qalib gəldikləri (1:0) ilk oyunundan sonra fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, o, "Qarabağ"a daha çox qol vurmaq imkanına malik olduqlarını deyib.

- Sizcə, “Dinamo” bu gün nəyin sayəsində qalib gəldi?

- Xarakter sayəsində. Bu gün meydanda əsl komandanın olması sayəsində. Nəticəni də məhz bu gətirdi.

- Komanda bu gün mütəşəkkil oynadı. Oyundan əvvəlki mətbuat konfransında müəyyən nəticələrin çıxarıldığını demişdiniz. Bu, daha çox psixoloji amildir, yoxsa taktiki yenidənqurmadır?

- Hələ Valeri Lobanovski deyirdi ki, komanda təxminən iki ilə formalaşır. Mən indi özümdən yox, hamıya məlum olan bir prinsipdən danışıram. Bir çox oyunçu icarədən bizə qayıdıb, yeni kombinasiyalar axtarırıq və fərqli oyun variantları üzərində işləyirik.

Gördüyünüz kimi, bu gün kiçik bir rotasiya etdik və hazırladığımız oyun planı işə yaradı. Əvəzetmələrin köməyi ilə oyunu gücləndirmək və keyfiyyətini artırmaq istədik. Qol imkanları yaratdıq, topu qazandıqdan sonra təzyiqin öhdəsindən yaxşı gəldik, topu itirdikdən sonra oyunu uğurla bərpa etdik. Əks-təzyiqdən istifadə etdik. Daha çox qol vura bilərdik, amma təəssüf ki, fürsətlərimizdən yararlana bilmədik.

- Üç gündən sonra Ukrayna çempionatının açılış oyununda "Veres"lə qarşılaşacaqsınız. Rovnodakı oyun sizə Bakıda “Qarabağ”la cavab matçına daha yaxşı hazırlaşmağa kömək edəcək, yoxsa görüşü təxirə salmaq daha yaxşı olardı?

- Bizim kifayət qədər geniş heyətimiz var. Bu matç komandaya özünəinam və nəticə əldə etmək üçün nəyin lazım olduğunu daha yaxşı başa düşməyə imkan verəcək  Bu gün oyunçular çox çətin bir matç oynadılar. Eyni zamanda oyuna münasibətin necə olmalı olduğunu dərk etməlidirlər. Bu, müsbət bir məqamdır. Düşünürəm ki, irəliləməyə və qalib gəlməyə davam edəcəyik.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30