Ölkə futbolu
Qurban Qurbanov: “Səfərə yaxşı nəticə üçün gedirik”
"Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. "Dinamo" Azərbaycana çox tanış, burada da çox azarkeşi olan komandadır. Maraqlı oyun olacaq. Matça tam istədiyimiz kimi hazırlaşmışıq, səfərə yaxşı nəticə üçün gedirik. Rəqib də ciddi hazırlaşıb, çempionat oyunları təxirə salınıb. Nəticə üçün üçün ən yaxşısını etməyə çalışacağıq".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Polşada Kiyev "Dinamo"suna qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
Bu gün Bakıda oyunöncəsi mətbuat konfransı keçirən təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Zakaria Savonun yoxluğunda mərkəz hücumçusu kimi Renaldo Sefası görə bilərik?
- Hansısa dəyişikliklər olacaq. O da variantlardan biridir. Amma ola bilər ki, bu oyun olsun, ya da başqa matçda. Hələ tam qəti qərar verməmişik ki, orada Sefas oynayacaq, ya başqası.
- Sabahkı matçda sizi daha çox nə narahat edir, "Dinamo"nun adı, yoxsa futbolçuları?
- Məni həmişə narahat edən rəqib yox, özümüz olmuşuq. İstəmişəm ki, komandam istədiyim kimi hazırlıq keçsin. Komandada bəzi narahatçılıqlarım var. Sofiyadakı cavab oyunundan sonra bəzi futbolçularda mikro zədələr yarandı, tam formada məşq edə bilmədilər. Oyundan sonra məşqçilər arasında danışırdıq və dedim ki, bu gün 120 dəqiqə oynamaq istənilən komanda üçün tezdir. Xüsusilə də, yeni formalaşmış komanda üçün. 90 dəqiqəyə hazır olmayanlar var idi. Oyunçuların bərpası gec oldu. "Dinamo" kimi rəqiblərə qarşı oynamağı xoşlamışam. Xüsusilə də, köhnə potsovet komandalarına qarşı. "Dinamo"ya əvvəllər uşaq vaxtı özüm də azarkeşlik etmişəm. O vaxtı əsas komandalar "Dinamo" və "Spartak" idi. Köhnə "Spartak"ın oyunu mənim üçün daha uyğun idi. Ancaq "Dinamo"ya daha çox azarkeşlik edirdim. Bu cür komandalara qarşı oynamaq həmişə maraqlıdır. Bəlkə başqa komanda olsaydı, bizdə də azarkeşlər arasında oyuna maraq belə böyük olmazdı. Ancaq "Dinamo"nu hamı tanıyır, yaşlı nəsil onların oyunlarına baxıb. Belə komandalara qarşı oynamaq mənim üçün prestij olub, çəkinməmişəm. Həmişə demişəm irəli getmək, böyümək üçün bu cür komandalara qalib gəlməlisən.
- Demək olar ki, "Qarabağ" bu gün avrokuboklarda həm də çempion olmamağın əziyyətini çəkir?
- Belə rəqiblərə qarşı çox oynamışıq. Ötən mövsüm biz çox yükləndik. Bizim kimi çox komandalar ötən mövsümkü nəticələri qoruyub-saxlaya bilmədilər. Çempionatda da belə oldu. ÇL-in çəkisi başqadır. Hətta qrupda oynamaq yox, elə o adın özü tam başqadır. Kollektiv həmişə bir sağlam olmur. Gedişatda bunu yaxşılaşdırmaq baxımından güc sərf etməli oluruq. Sofiyada qalib gəlməsək də, uduzmamışıq da. Hər iki matç bərabərliklə başa çatdı. Cavab oyununda komandamın xarakterindən tam razı qaldım. Bu oyunda bəzi futbolçulara görə narahatçılığım var. Zakaria Savo bu cür rəqiblərə qarşı lazım idi. Onun olmaması da, əlavə düşünülməyən epizod oldu. Buna baxmayaraq, rotasiyalar edəcəyik, yaxşı hazırlaşacağıq. Çempionluq həmişə bizə yazılmayıb ki, rəqiblər də illər boyu bu turnirlərdə iştirak etmək üçün proqram qururlar. Ola bilər ki, yenilənməyə ehtiyac var. Yolumuza davam edirik. O demək deyil ki, tutduğumuz yol düzgün deyil. Addımlar da atırıq. Düşünürəm ki, yaxşı olacaq. Sona kimi mübarizə aparacağıq.
- "Dinamo" neytral meydanda oynayır. Bu məqam onlara necə təsir edəcək? Vaxtı ilə siz də oyunları Türkiyədə keçirirdiniz...
- Biz çox az müddət keçirdik bu oyunları. Mütləq ki, təsiri olacaq. Mən də istəyərdim ki, Kiyevdə, böyük stadionunda oynayaq. Hər halda, bu Valeri Lobonovskinin komandasıdır, orada oynamaq bizim üçün xoş olardı. Böyük ehtimal xeyli azarkeşimiz olacaqdı. Futbol elə həddə çatıb ki, səfər və ya ev fərq etmir. Bəzən səfərdə oynamaq daha asan olur, nəinki evdə oynamaq. Səfərdə bəzən həyəcan daha az olur. Hər bir halda, təsiri var. Bu, "Dinamo"dur, neçə illərdir neytral meydanda oynayırlar. İnanmıram ki, bu məqam onlara təsir etsin. İstəməzdim ki, müharibə şəraitində oynasınlar. Allah qoysa, tezliklə müharibə bitər və hər kəs evinə qayıdar. Həyatdır da, belə hallarla razılaşmaq lazımdır. İnanıram ki, nəinki Ukrayna-Rusiya, dünyada bu problemlər yoluna qoyular, hamı xoş-firəvan yaşayar.
- Ukrayna mətbuat "Dinamo"dan narahatdır. İtkiləri də var...
- Son iki oyunlarına baxdım. Gördüyümüz nəticə oyuna görə deyildi. PAOK yaxşı komandadır, bəlkə haqlı qalib gəldilər. Yeni oyunçular gəlib komandaya. Deməzdim ki, "Dinamo"nun müdafiə xəttində problem var. Biz də iki oyuna bir qol vurmadıq, bizdə də hansısa çatışmazlıq ola bilər. Sadəcə bu fikirlər bizə təsir etməli deyil. Biz sadəcə yaxşı komandaya qarşı hazırlaşırıq. Çox diqqətli olmalıyıq. Həm təcrübəli, həm də cavan oyunçulardan qurulmuş fiziki komandaya qarşı oynayacaq.
- Eyni gündə üç komandamız avrokuboklar məğlub oldu. "Zirə", "Neftçi" haqda fikirləriniz necədir?
- Əfsuslar olsun ki, mərhələni keçə bilmədilər. Sevindirici odur ki, bu, göstərdikləri oyuna görə olmadı. Klublarımızın yaratdıqları qol epizodlarına, oyunlarına baxaq... “Zirə", "Neftçi" və "Qarabağ".. Biz də mübarizəni dayandırdı. Amma oyuna görə nəticələr deyildi. Əvvəlki illəri nəzərə alsaq, bütün klublarımız belə inamlı çıxış etməmişdi. Ola bilər ki, vaxt lazım gəlsin, daha geniş heyət qurulmalıdır. Klublarımız çox inamlı oldu. Müsbət haldır. Çox inamlı oyunlar keçirdilər. Məğlub olmağa layiq deyildilər. Gələn il daha yaxşı nəticələr olacaq. Ölkə futblu Avropa arenasında inamı qoruyub-saxlaması önəmlidir. İllər keçdikcə hər bir klubumuz Avropaya ambissiyalı hazırlaşır. Hamı orada oynamaq istəyir. İntriqa zaman keçdikcə böyüyür. Klublarımız da böyüyür, məşqçilər, rəhbərliyin təcrübəsi çoxalır. Əsas da inamlı olmaqdır. Qarşıdakı illərdə daha yaxşı nəticələr olacağına inanıram.
- Şahruddin Məhəmmədəliyevin "Zirə"yə gedəcəyi deyilir..
- Şahruddinlə bağlı məndə məlumat yoxdur. Mən bilmirəm. İnanmıram ki, belə danışıqlar olub.
- Mateuş Koxalski son matçdan sonra çox tənqid edildi. Özü ilə danışmısınız, psixoloji durumu qaydasındadır?
- Normaldır, qaydasındadır hər şey. Biz bunu qəbul etməliyik. Bu barədə daim düşünürük. Uduzanda bizi alqışlayıblar, bizdən razı qalıblar. Sadəcə bəzi kütlə narazı qalır, bu da normaldır. Koxalski də tənqid olunası bir ciddi şey varmı? Sadəcə penaltilər idi. Kömək edə bilmədi. Rəqibin də ustalığını nəzərə almaq lazımır. Uduzurqsa, tənqid olunmalıyıq. Yaxşı mübarizəyə diqqət ayırmırlar, sırf nəticəyə baxırlar. Bu da normaldır. Düşünürlər ki, uduzublarsa, hər şey pisdir. Normaldır. Koxalski komandaya tam uyğunlaşır, təcrübəsi artır. Böyümək üçün mütləq tənqidləri qəbul etməyi bacarmalıyıq. Bəzən xətdən kənara çıxırlar, o da hər yerdə var.
- Böyük ehtimalla, çempionluq mübarizəsi yenə "Qarabağ"la "Sabah" arasında gedəcək. Onlara qarşı daha çətin olacaq bu mövsüm?
- Bugünkü matçda onlara uğurlar arzulayıram. Vacib matçları var. Çempionluq uğrunda iddialılar çoxalıb. Dünən də Ehtiram Quliyev müsahibəsində deyib ki, çempionluğa oynayırlar. Ötən mövsüm də iddialı idilər. Onların ötən mövsümkü oyunları və istəkləri göstərdi ki, daha hazırlıqlıdırlar. Həm hazırlaşmaq vaxtları az olmadı. Ola bilər ki, komandanı tam möhkəmləndirəcəklər. "Neftçi"ni də də unutmaq olmaz. Onlar da çempionluğa oynayacaqlar. "Sabah" bu gün təcrübəli komandadır. Avropa Liqası ayrıdır, Konfrans Liqası ayrı. Çempionlar Liqasıda 1-2 oyun oynayanda daha inamlı, daha təcrübəli olursan. "Sabah" bu mövsüm meydanda daha inamlı və sərbəstdir. Qarşında inamlı komanda dayanırsa, sənin üçün asan olmayacaq. Buna görə, bu il daha gərgin çempionat olacaq. Daha səliqəli, daha diqqətli hazırlaşmalıyıq liqaya. Hələ ki fikrimiz avrokuboklara yönəlib. Futbol elə səviyyəyə çatıb ki, zədələr çoxalır. Daha çox güc sərf olunur, böyük sürət tələb edilir. Sıx qrafikdən danışılası deyil. İnanıram ki, bu mövsüm çempionat daha gərgin olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
-
10:32
Daha bir boksçumuz Avropa çempionu oldu
-
10:17
"Milan" səfərdə büdrədi VİDEO
-
10:00
Toral ehtiyatda qaldı, “Bursaspor” uduzdu
-
21:36
Balau "Turan Tovuz"a qələbə qazandırdı VİDEO
-
20:51
Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
20:25
"Qarabağ" və "Turan Tovuz"dan səfər qələbəsi
-
20:00
II Liqada hakim təyinatları açıqlandı
-
19:13
"Qarabağ" 1000-ci oyununda qalib gəldi VİDEO
-
18:48
Qurban Qurbanov: “Bizim üçün çox vacib qələbə idi”
-
16:24
Boksçumuz Avropa çempionu oldu
-
15:57
"Gəncə" heyətini amerikalı legionerlə gücləndirdi
-
15:32
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
-
15:19
Gimnastlarımız beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
-
14:46
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu
-
14:21
PSJ qalib gəldi VİDEO
-
14:00
Riad Rəfiyev: “Son vaxtlar Nihadla bağlı çox pis məlumatlar alırdıq...”
-
13:33
"Fənərbaxça" səfərdə sevindi VİDEO
-
13:15
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
-
12:58
"Real"dan çətin qələbə VİDEO
-
12:44
İkili yanaşma: Simiçə olar, Abdullazadəyə yox?
-
12:27
Qaradəniz derbisini "Trabzonspor" qazandı VİDEO
-
12:02
III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb
-
11:39
"Mançester Yunayted" sonda qələbəni əldən verdi VİDEO
-
11:16
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
12.10.2026
11.10.2026
























.jpg)