Ölkə futbolu
Həsən Zeynalov: “Voleybolda qazandığımız uğur bizi futbola gətirdi”
"Turan" voleybol klubunun prezidenti, "Turan Tovuz" futbol klubunun İdarə Heyəti sədrinin müavini Həsən Zeynalovun Futbolxeber.az saytına müsahibəsi
- “Turan”n avrokuboklara hazırlığı necə keçir? Klub son günlər heyətinə yeni oyunçular qatır. Beynəlxalq arenada komandanın məqsədi nə olacaq?
- Çempionlar Liqasında çıxış edəcəyik və bu turnirin qrup mərhələsində mübarizə aparmaq istəyirik. Transferlərimiz də bunun üçün edilir. Hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır.
- Oyunlarınızı Tovuzda, yoxsa Bakıda keçirəcəksiniz?
- Müəyyən texniki məsələlər var ki, onları həll etməyə çalışırıq. CEV-in müəyyən qaydaları var. Təsnifat mərhələləri üçün 1500 azarkeş tutumuna malik zal istəyirlər. Tovuzdakı Olimpiya Kompleksində yenidənqurma işləri davam edir. Həmin tutumu təmin etməyə çalışırıq. Bunu həll edəcəyik. Sadəcə, qrup mərhələsini də düşünürük. Oyunları Tovuzda keçirmək üçün CEV-ə müraciət etməliyik. Çalışacağıq ki, bütün qarşılaşmaları Tovuzda keçirək.
- Qərb bölgəsi futbolu sevdiyi qədər voleybolla da məşhurdur. “Turan” ötən mövsüm çempion oldu. Bəs növbəti məqsəd nədir?
- Qərb komandası Çempionlar Liqasının qrup mərhələsinə düşsə, bu, bölgədə voleybolun inkişafına töhfə verəcək.
- Çempionluqdan sonra hansısa təzyiq hiss edirsiniz?
- Xeyr. Baş məşqçiyə də bildirmişəm ki, üzərimizdə basqı olmamalıdır. İlk ilimizdə bacardığımız qədər nailiyyət əldə etmişik. İndi Avropada mübarizə aparacağıq. Orada məsələ tam fərqlidir. Heç kim bu turnirlərə təsadüfi gəlmir. Orada bizi çətin qarşılaşmalar gözləyir. Biz də çətinliyi sevirik. Çətin olmayan şeyin dadı olmur.
- Sizin voleybolla bağlı planlarınız uzunmüddətlidirmi? "Turan" fəaliyyətini nə qədər davam etdirə biləcək?
- Mən icraçı və idarəçiyəm. Qismət olsa, özüm nə vaxtsa bu məsələlərə şəxsən qərar versəm, bu sualınızı onda daha dəqiq cavablandıraram. İdman elə olmalıdır ki, hərtərəfli dəstək alsın və dayanıqlı olsun. Bizim əsas və köməkçi sponsorlarımız var. Ölkə xaricindən də sponsor təklifləri olur. Danışıqlar aparılır, bəzən şərtləri uyğunlaşdıra bilmirik. Şəxsi fikrimi bilmək istəyirsinizsə, mən bu klubun çox dayanıqlı olması üçün çalışacağam. "Turan"a uzunömürlü olmaq yaraşır.
- "Turan Tovuz" futbol klubunda vitse-prezident təyin olunmağınız hansı zərurətdən yarandı?
- Təyinatdan əvvəl belə söhbətimiz olmamışdı. Burada zərurət də görmürəm. Klubda məndən əvvəl də hər şey yüksək səviyyədə idi. Ehtiram Quliyev dəvət etdi və bunu böyük sevinclə qarşıladım.
– Voleybolda, yoxsa futbolda biliyinizin çox olduğunu düşünürsünüz?
- Voleybolda bir ildir ki, fəaliyyət göstərirəm. Azərbaycan futbolunu isə demək olar ki, 20 ilə yaxındır izləyirəm.
- Komandaya yeni sponsorun cəlb olunmasında rolunuz varmı?
- Ehtiram Quliyev məni bu vəzifəyə təyin edəndə öz təkliflərimi irəli sürmüşdüm. Təklifim qəbul olundu. Burada müəyyən rolum olub.
- Ehtiram Quliyev sponsorluq məbləğini açıqladı. Voleybol klubunda büdcə nə qədərdir?
- Aşağı-yuxarı eynidir.
- Voleybol və futbol klublarının bir bayraq, "Turan" adı altında çıxış etməsi gündəmdədir?
- Ehtiram müəllimin, mənim və sponsorların da fikri məhz budur. "Turan"ı İdman Klubu kimi formalaşdırmaq niyyətindəyik. Bunun tərkibində bütün idman növlərində iştirak etmək istəyirik.
- Futbola gəlişiniz voleybola diqqətinizi azaltmayacaq?
- Xeyr. Belə şey ola bilməz. Voleybolda qazandığımız uğur bizi futbola gətirdi.
- Yəqin razılaşarsınız ki, futbolda uğur qazanmaq daha çətindir?
- Voleybolda əldə etdiyimiz nailiyyətə futbolda çatmaq çox çətindir. Bunu anlayırıq. Amma boş dayanmaq istəmirik. Şəxsən mənim arzumdur ki, voleybolda əldə etdiyimiz uğura futbolda da yiyələnək.
- Voleybol komandası ilə çempionluq sevinciniz xoş qarşılandı. Sonradan görüntüləri izlədinizmi?
- O görüntülərdən xəbərim olmayıb, mənə sonradan göstəriblər. Bəlkə də çəkilişdən xəbərdar olsaydım, o qədər emosional olmazdım.
- "Turan" azarkeşlərinə nə demək istəyirsiniz?
- Komandaya inanın və güvənin. Bəzi məsələlər çöldən rahat görünür. Amma o qədər də asan deyil.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
04.11.2026
03.11.2026
02.11.2026
























