27 Oktyabr 2026, Çərşənbə axşamı
Azərbaycan çempionatının püşkü atıldı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley

Ölkə futbolu

“Sabah”ın Finlandiya zəfəri

"Sabah" Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Valdas Dambrauskasın komandası Finlandiyada "KuPS"un qonağı olub.

Bu komandalar arasında ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bugünkü görüşdə isə Azərbaycan klubu 2:0 hesabı ilə qalib gələrək 3-cü təsnifat mərhələsinə yüksəlib.

Bu isə o deməkdir ki, "Sabah" ən azı Konfrans Liqasında Liqa mərhələsini təmin edib.

"Sabah" ÇL-in 3-cü təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. "Lex" səfərdə keçirdiyi ilk görüşdə "Orhus"a 4:1 hesabı ilə qalib gəlib. Komandaların cavab matçı iyulun 29-da Polşada keçiriləcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

28 iyul

"KuPS" (Finlandiya) - "Sabah" (Azərbaycan) - 0:2

Qollar: Velko Simiç, 53, Coy-Lens Mikels, 70

Baş hakim: Qal Leybovitz (İsrail)

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31