28 Oktyabr 2026, Çərşənbə
Yeton Bekiri qələbəni şərh etdi
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
"Araz-Naxçıvan"dan uğurlu start
Azərbaycan çempionatının püşkü atıldı

Ölkə futbolu

"Qarabağ" azarkeşlərinə şad xəbər

"Qarabağ" Futbol Klubu azarkeşləri üçün növbəti xoş sürprizə hazırlaşır.

Futbolxeber.az saytının məlumatına görə, klubun yeni rəsmi “Fan Shop”u paytaxtın ən məşhur ticarət mərkəzlərindən biri olan “28 Mall”da fəaliyyətə başlayacaq.

Müasir konsepsiyada yaradılan yeni mağazada "Qarabağ" FK-nın rəsmi oyun formaları, məşq və gündəlik geyimləri, fan atributları, aksesuarlar, suvenirlər və digər lisenziyalı məhsullar satışa çıxarılacaq. Yeni “Fan Shop” azarkeşlərin klubun rəsmi məhsullarına daha rahat və əlçatan şəkildə sahib olmasına imkan yaradacaq.

“Fan Shop”un açılışının avqust ayının ortalarında baş tutması gözlənilir. Açılışın dəqiq tarixi, keçiriləcək xüsusi tədbirlər və azarkeşlər üçün nəzərdə tutulan kampaniyalar barədə məlumat yaxın günlərdə "Qarabağ" FK-nın rəsmi informasiya resurslarında açıqlanacaq.

Yeni “Fan Shop”un istifadəyə verilməsi klubun azarkeşlərə daha yaxın olmaq, onlara keyfiyyətli xidmət göstərmək və "Qarabağ" brendinin inkişafını davam etdirmək istiqamətində atdığı mühüm addımlardan biridir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31