29 Noyabr 2026, Bazar günü
Kurban Berdıyevdən qələbə şərhi
Mahir Polşada növbəti qolunu vurdu
“Neftçi” "Zirə”ni məğlub etdi
Millimiz Serbiyaya uduzdu

Ölkə futbolu

“Araz-Naxçıvan”dan hücumçu transferi

“Araz-Naxçıvan” heyətini komplektləşdirmək istiqamətində də işləri davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi qvineyalı Mara Mohamedlə anlaşıb. Hücumçu ilə müqavilənin müddəti 1 illikdir.

Müxtəlif illərdə o, Fransanın “Loryan”, “Paris”, “Thonon Evian”, “Martiques”, “Stad Brioşan”, “Hyeres 83”, eləcə də Taylandın “Ratçaburi”, “Kançanaburi” klublarında çıxış edib. 30 yaşlı forvard 3 matçda Qvineya yığmasının formasını da geyinib. Futbolçunun həm da Fransa vətəndaşlığı var.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Artur Auqusto Da Silva, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30