5 Noyabr 2026, Cümə axşamı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Ölkə futbolu

Vaxt “Kəpəz”in əleyhinə işləyir...

Mövsüm başa çatıb və hamı növbəti futbol ilini həyəcanla gözləyir. Lakin “Kəpəz”də yeni mövsümə hazırlıqla bağlı hələ də ciddi addımların atıldığı görünmür. Klubda rəhbərliyin dəyişəcəyi gözlənilir və sədr postuna Anar Abdullayevin gətiriləcəyi deyilir. Lakin bu məsələ hələ də rəsmiləşməyib.

Ən çox narahatlıq doğuran məqam isə baş məşqçi məsələsidir. Çünki komandanın gələcək heyətinin formalaşdırılması birbaşa yeni çalışdırıcının seçimi ilə bağlıdır. Digər klublar artıq transfer bazarında fəallıq göstərir, bəzi komandalar isə təlim-məşq toplanışlarının tarixlərini belə açıqlayıblar.

“Kəpəz” isə hələ də gözləmə mövqeyindədir. Halbuki hər keçən gün seçim imkanlarını azaldır. Gəncə futbol ictimaiyyəti klubun gələcəyi ilə bağlı qərarların daha tez qəbul olunmasını gözləyir. Çünki yeni mövsümün uğuru məhz bu günlərdə görülən işlərdən asılıdır.

"Kəpəz" üçün indiki zamanda ən ideal seçim Mahmud Qurbanovdur. Hər-halda Gəncə futboluna bələd olan Qurbanov, həm də doğulduğu şəhərdə sevilir. İtirilən zaman isə "Kəpəz"in ziyanına işləyir.

Futbolxeber.az

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30