6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Ölkə futbolu

Füzuli Məmmədov: “Hədəf Premyer Liqadır”

* Müqavilə imzaladıqdan sonra seleksiya işlərinə başlamışıq. Klub rəhbərliyi Premyer Liqaya yüksəlmək üçün hər cür dəstəyi göstərəcək. Hədəf Premyer Liqadır.

* Günümüz klubun ofisində keçir. Çalışırıq ki, gənc perspektivli futbolçular seçək ki, növbəti mövsüm də bizimlə bərabər olsunlar. Bununla yanaşı, təcrübəli futbolçu seçimlərimiz də var. Qarşıdakı günlərdə ictimaiyyətə açıqlanacaq.

* Qusarlı azarkeşlərin dəstəyinə ehtiyacımız var. Yaxın günlərdə onlarla görüş təşkil etməyi planlaşdırırıq.

Bu açıqlama “Şahdağ Qusar” klubunun yeni baş məşqçisi Füzuli Məmmədova məxsusdur. Tanınmış mütəxəssis “Footcast TV”də yayımlanan “Deməsən olmur” verilişinə qonaq olarkən yeni kluba baş məşqçi təyin edilməsi prosesindən danışıb, bir çox maraqlı məqamlara toxunub.

Ötən mövsüm Premyer Liqada çalışdırdığı “Karvan-Yevlax” klubundan ayrılıq səbəblərinə də danışan mütəxəssis bir sıra vacib məqamlara toxunub.

Füzuli Məmmədov “Qarabağ”ın avrokuboklarda uğurlu çıxışından ağızdolusu danışıb, ağdamlıların baş məşqçisi Qurban Qurbanovun ölkə futbolunun reytinqi üçün gördüyü işlərdən bəhs edib.

Verilişi aşağıdakı linkdən izləyə bilərsiniz: 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30