Ölkə futbolu
Şahin Diniyev: “Cənubi Koreya Meksikadan daha baxımlı oyun sərgilədi”
“Gözəl açılış oldu. İlk dəqiqədən hiss olundu ki, DÇ-2026-nın təşkilatçılığı yüksək səviyyədədir. Meksika millisi ev sahibi statusundadır və CAR-la oyunda güclü azarkeş dəstəyinə malik idi. Artıq bu qrupda ilk turun oyunları başa çatıb və düşünürəm ki, müəyyən fikir yürütmək olar”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis əvvəlcə Meksika - CAR (2:0) matçını dəyərləndirib: “CAR millisi səviyyə baxımından Meksikadan geri qalırdı. Hiss olunurdu ki, futbolçular fərdi qərar qəbul etməkdə problem yaşayırlar. Bəsit səhvlərə yol verirdilər. Meksika yığması da rəqibin səhvlərindən maksimum dərəcədə istifadə etdi”.
O, Afrika təmsilçisinin sürət baxımından rəqibindən geri qaldığını vurğulayıb: “Hər iki qol CAR yığmasının səhvindən sonra vuruldu. Birinci top itkisindən, ikinci isə müdafiəçinin mövqe səhvindən sonra. Bu da CAR millisinin üzvlərinin fərdi bacarığının istənilən səviyyədə olmamasından irəli gəlirdi. Ümumiyyətlə, afrikalılar sürət baxımından çatdıra bilmirdilər. Bu da həm səhvlərə, həm də qırmızı vərəqələrə gətirib çıxarırdı. Meksika millisi layiqli qələbə qazandı. Buna baxmayaraq, komandada boşluqlar var idi. Əsas da rəqibin əks-hücumları zamanı bu boşluqlar özünü büruzə verirdi”.
Diniyev ilk matçla müqayisədə Cənubi Koreya - Çexiya oyununun (2:1) daha maraqlı alındığını söyləyib: “Hər iki komanda yaxşı mübarizə aparırdı. Taktiki cəhətdən gözəl futbol izlədik. Cənubi Koreya intizam baxımından Çexiyanı üstələdi. Komanda məğlub duruma düşsə də, öz oyunundan əl çəkmədi, geridönüş edə bildi. İlk gündə izlədiyimiz 4 komanda arasında ən çox Cənubi Koreyanı bəyəndim. Oyun nizam-intizamı pozulmurdu, hər futbolçu nə etməli olduğunu bilirdi. Qapılarında qol görsələr də, panikaya düşmürdülər. Çox savadlı oynadılar. Çexiya yığmasında yaxşı futbolçular olsa da, özlərini tam göstərə bilmədilər. Bu da Cənubi Koreya yığmasının ağıllı oyunundan irəli gəlirdi. Bu matçın da nəticəsinin layiqli olduğunu düşünürəm. Cənubi Koreya yığması qələbəyə daha yaxın idi”.
Mütəxəssis ilk turdan sonra qrupdakı vəziyyəti belə dəyərləndirib: “Çexiyanın bu məğlubiyyətlə vəziyyəti pisləşdi. Bundan sonra çexlər hər iki oyunda qalib gəlməlidirlər. Düzdür, CAR-la oyunda favoritdirlər. Amma Meksika ilə görüş ölüm-dirim mübarizəsi olacaq. Düşünürəm ki, ilk turda sərgilənən oyunlara əsasən Meskika və Cənubi Koreya yığmalarının qrupdan çıxmaq şanslarının yüksək olduğunu söyləmək mümkündür. Ancaq futboldur, hər şey ola bilər. Bu cür turnirlərdə ilk oyunu uduzanda qrupdan çıxmaq şansın 50 faizdən də aşağı düşür. Cənubi Koreya Meksikadan daha baxımlı oyun sərgilədi”.
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
17:17
Bakıda Braziliya ciu-citsusu üzrə açıq turnir keçirilib
-
16:48
"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
-
16:00
"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina millisinə çağırıldı
-
15:32
Minifutbol üzrə ölkə çempionatın 12 komanda yarışacaq
-
15:25
Orxan Məmmədov: "Çempionat güclü olmasa, milli stabil çıxış edə bilməz"
-
14:56
Azərbaycan Super Liqası: II turun oyunlarının vaxtı açıqlanıb
-
14:13
Sabiq “Qarabağ”lı: “Sevilya” ilə hər şey razılaşdırılmışdı”
-
13:39
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub
-
13:01
DÇ: İki qadın güləşçimiz məğlub olub, İslam Abbasov medal şansını itirib
-
12:44
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:27
Millimiz son oyununda qalib gəldi
-
11:58
"Gəncə"nin yeni baş məşqçisi açıqlandı
-
11:32
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışda
-
11:15
DÇ: U-15 millimizin növbəti rəqibi dəqiqləşib
-
11:00
Çempionlar Liqası: "Araz-Naxçıvan" ilk matçına çıxır
-
10:46
"Beşiktaş"ın qələbəsi VİDEO
-
10:23
Beş cüdoçumuz Asiya Kubokunda iştirak edəcək
-
10:09
"Trabzonspor"dan əzmkar qələbə VİDEO
-
09:51
Anje Mutsinzi: “Sumqayıt”ı məğlub etmək heç də asan deyil”
-
09:34
Murad oynadı, komandası xal itirdi
-
09:17
Derbini "Qalatasaray" qazandı VİDEO
-
09:00
"Qızıl top"un sahibi açıqlanıb
-
08:45
Azərbaycan kubokunda 2-ci mərhələ başlayır
-
20:32
Fərid Ələkbərov: "ÇL-də oynamaq hər idmançıya qismət olmur"
-
19:18
Millimiz qrupda üçüncü oldu
-
18:23
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
-
18:04
Samuel Eto`O Azərbaycana gəlib
-
17:56
“Kayrat”ın baş məşqçisi istefa verdi
-
17:31
11 cüdoçumuz Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə"də iştirak edəcək
-
17:17
Dünya çempionatı: Nihat Məmmədli finalda, Həsrət Cəfərov uduzdu
-
16:48
“Sumqayıt”ın sabiq baş məşqçisi istefaya göndərildi
-
16:25
Karateçilərimiz Belçikada keçirilən Avropa çempionatında üç medal qazanıblar
-
16:00
Proqnoza fransız - YAZI
-
15:32
Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub
-
15:13
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
-
14:44
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
-
14:26
Boksçularımız U-19 dünya çempionatını iki medalla başa vurublar
-
14:07
"Araz-Naxçıvan" - "Uypest": Təyinatlar müəyyənləşdi
-
13:51
Volkov Azərbaycan çempionatında bunu bacaran 30-cu futbolçu olub
-
13:35
“Turan Tovuz” 150-yə çatdı
-
13:18
Rəşad Sadıqov üçün yubiley
-
13:15
Dünya çempionatı: Azərbaycan millisi İsrailə qalib gəldi
-
13:00
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
12:42
"Yuventus" səfərdə sevindi VİDEO
-
12:24
Qustavo Klisman: “Qol buraxmışıqsa, günahı bir nəfərin üzərinə ata bilmərik”
-
12:06
"Bavariya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:51
Boksçumuz Avropa çempionu oldu
-
11:37
"Mlan" "Udineze"yə şans tanımadı VİDEO
-
11:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:59
"Real" səfərdə "Barselona"nı devirdi VİDEO
27.10.2026
26.10.2026
























